Kanadadan Rusiyaya qarşı yeni SANKSİYALAR

23:44 18-08-2023 | icon 237 | Dünya
Kanadadan Rusiyaya qarşı yeni SANKSİYALAR

Kanada Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib. Moskvanın üç məhkəməsinə qarşı məhdudiyyətlər tətbiq olunub.

 

Bu barədə Kanada Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

“Kanada Rusiyanın 15 fiziki və üç hüquqi qurumuna qarşı yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar artan insan haqları pozuntuları və dövlət zorakılığına cavab olaraq tətbiq olunur”, - deyə Kanada xarici işlər naziri Melani Joli qeyd edib.

 

Onun sözlərinə görə, bu yolla Rusiya daxili fikir ayrılığını yatırtmağa çalışır.

 

Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslər Rusiya hökumətinin, məhkəmə və istintaq komitələrinin, həmçinin federal büdcədən maliyyələşən məhkəmələrin yüksək vəzifəli şəxsləridir.

 

Məlum olub ki, Moskvanın Basmannı Rayon Məhkəməsi, Moskvanın Xamovniçeski Rayon Məhkəməsi və paytaxtın Şəhər Tribunalı məhdudiyyətlərə məruz qalıb.

 

Bu şəxslər Rusiya müxalifət liderlərinə, o cümlədən Vladimir Kara-Murza, Aleksey Navalnıya və digər Rusiya vətəndaşlarına qarşı insan haqlarının pozulmasında birbaşa iştirak ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq