Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək

09:28 19-08-2023 | icon 234 | İdman
Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək.

 

Versus.Az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək.

 

Meydan sahibləri əvvəlki qarşılaşmalarda məğlub olub. “Gənclik şəhəri” təmsilçisi bir qələbə qazanıb. Komandanın II turdakı görüşü təxirə salınıb.

 

Günün digər matçında “Zirə” “Səbail”in qonağı olacaq. “Qartallar” iki oyunda maksimum nəticə göstəriblər. “Dənizçilər” isə yalnız bir heç-heçəyə nail olublar.

 

Azərbaycan Premyer Liqası, III tur:

19 avqust (şənbə).

 

18:00. “Qəbələ” - “Sumqayıt”.

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu.

 

20:00. “Səbail” - “Zirə”.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

“ASCO Arena”.

 

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. III turun “Qarabağ” - “Araz-Naxçıvan” və “Sabah” - “Neftçi” matçları avqustun 20-də baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA