Avropanın 5300 illik ən yaşlı mumyası

13:30 21-08-2023 | icon 206 | Maraqlı
Avropanın 5300 illik ən yaşlı mumyası

1991-ci ildə Avstriyanın Ötztal Alp dağlarında əriyən buzlaqda tapılan və Avropanın ən yaşlı mumiyası hesab olunan 5300 yaşlı Ötzinin Anadolu mənşəli olduğu ortaya çıxıb.

 

Bu barədə Almaniyanın “Max Planck” İnstitutunun saytında dərc olunan press-relizdə bildirilir.

 

Məlumata görə, İtaliyanın “Eurac” Mumiya Araşdırmaları İnstitutunun və “Max Planck” Təkamül Antropologiya İnstitutunun alimləri Ötzinin genomunu geniş şəkildə təhlil etdikdən sonra bu qənaətə gəliblər.

 

Bildirilir ki, analizlərin nəticələrinə görə, “buz adamı”nın genomunda, digər avropalılarla müqayisədə Anadoludan gələn ilk əkinçilərin genləri ilə ortaq qeyri-adi yüksək nisbətdə (92 faiz) genlər var. Bu səbəbdən Ötzinin genetik əcdadlarının Anadoludan gəlmiş ola biləcəyi açıqlanıb. Bundan başqa onun dəri rənginin müasirləri avropalılarınkından daha tünd olduğu deyilir.

 

Tədqiqatlar zamanı “buz adam”ın piylənmə və diabetə meylli olduğu, ancaq sağlam həyat tərzi sayəsində bu xəstəliklərdən əziyyət çəkmədiyi müəyyən edilib. Həmçinin onun dişlərinin pis vəziyyətdə olduğu, son yediyi şeyin isə dağ keçisi əti olduğu öyrənilib. Ötzinin bədənində çoxlu yaralar tapılıb, bu da onun qanlı döyüşdə həlak olduğunu göstərir.

 

Əvvəlki araşdırmalarda Ötzinin 40-50 yaşlarında olduğu və böyük ehtimalla sol çiyninə dəyən ox səbəbində qan itkisindən öldüyü müəyyən edilmişdi.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq