Dinozavrları da görüblər

14:00 21-08-2023 | icon 208 | Maraqlı
Dinozavrları da görüblər

58 yaşdan sonra çoxalan, beş il hamilə olan balıqlar haqqında maraqlı faktlar

 

Qərbi Hind okeanı latimeriyası və ya Afrika latimeriyası (Latimeria chalumnae) - onların nəslinin 10 milyonlarla il əvvəl, təbaşir dövründə dinozavrlarla birlikdə kəsildiyi düşünülürdü. Ancaq 1938-ci ildə Cənubi Afrika sahillərində canlı bir nümunə tutulub. O vaxtdan bəri daha bir neçə belə balıq tapılıb. 

 

Bu barədə “Live Science” jurnalında məqalə dərc olunub.

 

Məlumata görə, bu qədim sümüklü balıqlar günlərini mağaralarda gizlənərək keçirir və gecələr ova çıxırlar. Onlar ümumiyyətlə müxtəlif balıq və başıayaqlılarla, o cümlədən kalamar və mürəkkəb balıqları ilə qidalanırlar. Tədqiqatçılar qeyd edirlər ki, bu qədim növün nümayəndələri 2 metr uzunluğa və 90 kq çəkiyə çata bilirlər. Bundan əlavə, sözügedən ibtidai balıqlar son dərəcə uzunömürlüdür.

 

 

Əvvəlcə elm adamları Afrika latimeriyaların təxminən 20 il yaşadığına inanırdılar, lakin 2021-ci ildə alimlərin balıq pulcuqlarında kalsifikasiya olunmuş strukturları (illik ağac halqaları kimi) tədqiq etdikləri bir araşdırmada bu növün nümayəndələrinin əslində 100 ilə qədər yaşaya bildiklərini müəyyən ediblər.

 

Alimlər həmçinin Afrika latimeriyalarının cinsi yetkinliyə olduqca yavaş çatdığını aşkar ediblər: erkəkləri yalnız 40, dişilər isə 58 yaşdan sonra çoxala bilirlər. 

 

Bundan başqa onlar bütün məlum onurğalılar arasında ən uzun hamiləlik dövrünə sahibdirlər - hamiləlik beş il davam edir.

 

Daha bir maraqlı fakt odur ki, bu növün nümayəndələri ov edərkən başları üzərində dayanmaq kimi heyrətamiz bir texnikadan istifadə edə bilirlər. Bu hiyləni sümük kütləsinin çoxu başlarında və quyruqlarında olan xüsusi skeletləri sayəsində həyata keçirirlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq