İştahanı artırsa da, arıqladır

14:15 21-08-2023 | icon 236 | Sağlamlıq
İştahanı artırsa da, arıqladır

Hil iştahanı artırır, amma buna baxmayaraq arıqlamağa da kömək edir.

 

Bu barədə Texas Kənd Təsərrüfatı və Həyat Elmləri Kollecinin tədqiqatçıları apardıqları araşdırmadan sonra bildiriblər. Onların tədqiqatlarının nəticələri “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.

 

Yeni araşdırmada heyvanlar üzərində təcrübələr aparılıb, onların qidalarına müxtəlif dozalarda hil toxumu əlavə edilib. Müəyyən olunub ki, hil iştahanı artırsa da, enerji xərclərini də artırır və bədən yağını azaldır.

 

Alimlər müəyyən ediblər ki, çəkisi 60 kq-a yaxın olan insan üçün hilin təxmini aktiv dozası ən azı 77 milliqramdır (yəni hər gün 8-10 ədəd).

 

Tədqiqatlar zamanı hilin yağ toxumasının parçalanmasını və qaraciyərdə, həmçinin skelet əzələlərində enerji istehsalını tənzimləyən sinir zəncirinə təsir etdiyi təsdiqlənib.

 

Hilin iltihab əleyhinə xüsusiyyətləri də müəyyən edilib. Alimlərin fikrincə, ədviyyat xroniki iltihaba və bir sıra xəstəliklərin inkişafına səbəb ola biləcək yüngül iltihabı azalda bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI