“Bizim qanunlara tabe olmayan ermənilərin nazı ilə oynayan deyilik”

13:20 22-08-2023 | icon 195 | Siyasət
“Bizim qanunlara tabe olmayan ermənilərin nazı ilə oynayan deyilik”

Əli Mustafa: "Silaha əl atanlar antiterror əməliyyatı ilə zərərsizləşdirilməlidir"

 

“Rus pasportonu daşıyan ermənilərin əraziləri tərk etməsi təhlükəsizlik mülahizələri ilə bağlı ola bilər. Ola bilər ki, Rusiya yaxın zamanlarda baş verə biləcək təhlükənin, antiterror əməliyyatlarının mümkünlüyünü nəzərə alaraq, öz vətəndaşlarını ərazini tərk etməyə çağırış edib”.

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas, siyasi ekspert Əli Mustafa rus pasportu daşıyan ermənilərin Laçından sərhəd buraxılış məntəqəsindən keçidinin təmin edilməsi və ümuməm Azərbaycan vətəndaşlığını qəbul etməyərək ərazidə qeyri-qanuni qalan şəxslərlə bağlı beynəlxalq hüququn tələblərinə diqqət çəkərkən bildirib.


Ə.Mustafa beynəlxalq hüquqa əsasən başqa ölkənin vətəndaşı digər bir ölkədə yaşamaq üçün mütləq həmin ölkənin qanunlarına əməl etməlidir. O, eyni zamanda qeyd edib ki, bu gün Azərbaycan dövləti öz ərazisində erməni millətindən olan insanlara böyük imkanlar yaradır:

 

"30 il ərazilərimizi işalda saxlayan, əhalimizə qarşı soyqırımlar törədən, torpağımızı yandıram, abidələrimizi məhv edən bir dövlətin nümayəndəsi olaraq bir erməninin Azərbaycan ərazisində qalmaq istəyinə tolerans yanaşaraq, ona bu imkanların yaradılacağı ilə bağlı təkliflərin verilməsi humanizmin ən yüksək nöqtəsi, əlahiddə bir addımdır. Azərbaycan bu ermənilərə vətəndaşlıq, sülh, birgə yaşayış təklif edir. Əgər bir erməni bu qədər böyük bir güzəştə müsbət reaksiya verməyib, yenə də silahlı toqquşmalar, gərginlik yaradıb vətəndaşlıqdan imtina edirsə, artıq “qalmaq istəyən qalacaq, qalmaq istəməyənə yol açıqdır” deyilməlidir. Və təbii ki, silaha əl atanlar isə antiterror əməliyyatı ilə zərərsizləşdirilməlidir. Bu ifadələr rəsmi və qeyri-rəsmi müstəvidə tez-tez səslənir. Azərbaycan qanunlarına tabe olmayan ermənilərin nazı ilə oynayan deyilik”.


Ə.Mustafa bildirib ki, Azərbaycan, vətəndaşlığını qəbul etməyən ermənilərlə bağlı hüquqla davranmaq imkanında sərbəstdir:

 

"Beynəlxalq hüquqda vətəndaşlar, əcnəbilər, bir də vətəndaşlığı olmayamn şəxslər var. Bunlar vətəndaşlığı olmayan şəxslər kimi də qəbul olunsalar da, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Onların Azərbaycan ərazisində yaşayıb yaşamaması ilə bağlı Azərbaycan dövləti qərar verə bilər. Vətəndaşlıqları yoxdursa Azərbaycan dövlətinin rəsmi qeydiyyatından keçməlidirlər. Əgər bunlar dövləti qəbul etmir, özlərini ayrıca bir dövlət hesab edirlərs, bu, artıq qanunların pozulmasıdır və Azərbaycan dövlətinin tam hüququ var, onlar haqqında hər bir tədbiri görsün- ölkədən çıxartsın, həbs eləsin, fəaliyyətini məhdudlaşdırsın. Beynəlxalq hüquq buna görə Azərbaycanın qarşısına hansısa məhdudiyyət, yaxud məsuliyyət qoymur”.

 

Ə.Mustafa eyni zamanada qeyd edib ki, Azərbaycan ermənilərin nazı ilə çox oynayıb:


“Nəhayət, ermənilərin bu oyununa son qoyulmalıdır. Dövlət çağırış etməli və konkter vaxt verməlidir. Azərbaycan ərazisndə yaşayan ermənilər ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya da Azərbaycan ərazillərini tərk etməlidirlər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122