"Rusiyanın öz vətəndaşlarını ərazilərimizdən çıxarması düşündürücüdür"

13:00 22-08-2023 | icon 182 | Siyasət
"Rusiyanın öz vətəndaşlarını ərazilərimizdən çıxarması düşündürücüdür"

Rəşad Bayramov: “Rusiya bununla da növbəti təxribatların anonsunu verir”

 

Rusiya pasportlarını daşıyan ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərini tərk edir. Rusiya vətəndaşlığını təsdiq edən pasportlarını Laçında qurulan keçid buraxılış məntəqəsinə təqdim edərək keçid edən ermənilərin Qarabağa gəzməyə gəlmədiyi bəllidir. Ermənilərin sərhəddə və daxildə atəşkəsi pozaraq gərginliyi saxlamaq niyyətində iddialı olduğuna nəzər salsaq, keçid məntəqəsindən ərazimizi tərk edən erməniərin nə dərəcədə səmimi olduğu, yaxud hansı tamaşanı nümayiş etdirməsinin dərinliyinə varmasaq, bununla Azərbaycan əraziərində qeyri-qanuni qalan ermənilərin ağıllarının başlarına gəldiyini düşünmək olarmı?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq Rəşad Bayramov bildirib ki, Rusiya vətəndaşlığını qəbul edən ermənilərin hazırda Rusiya sülhməramlıların nəzarət zonasına aid olan separatçıların yerləşdiyi ərazilərdən getməsi ilk hal deyil.

 

Politoloq qeyd edib ki, artıq bir aya yaxın müddətdir ki, Rusiya sülhməramlıları tərəfindən həmin şəxslərin ərazilərimizdən çıxması və eyni zamanda həmin şəxslərin Laçın sərhəd keçid məntəqəsindən keçidi də Azərbaycan tərəfindən təmin edilir:

 

“Sərhəd buraxılış məntəqəsindən keçid edənlərin içərisində əvvəldən Rusiya vətəndaşı olub xüsusi missiya ilə Xankəndinə göndərilmiş və orada separatçılığı daha çox yayan, qızışdıran Rusiya xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirən şəxslərlə yanaşı, eyni zamanda sonradan Rusiya vətəndaşlığını qəbul etmiş insanlar da var”.

 

Politoloq hesab edir ki, həmin şəxslərin indi və bundan əvvəl də ərazilərimizdən çıxarılması təbii ki, düşündürücüdür. Onun fikrincə, burada iki məqam var:

 

“Birincisi, həmin şəxslər indiyə qədər sərbəst şəkildə gedib, gələ bilirdilərsə və biz buna nəzarət edə bilmirdiksə, inid nəzarət var və həmin şəxslər də artıq uzun müddətli missiyanı həyata keçirmək üçün ərazilərimizi tərk etmək məcburiyyətində qalıblar. İkinci səbəb ondan ibarətdir ki, Rusiya öz vətəndaşlarının oradan çıxarılması ilə növbəti təxribatların anonsunu verir. Bu o deməkdir ki, Qarabağın separatçı erməniləri, Ermənistan yeni təxribatlara hazırlaşır. Rusiya öz vətəndaşlarının hər hansı hərbi əməliyyatlar zamanı zərər görməməsi üçün ərazidən çıxışını təmin edir”.

 

Ekspert hesab edir ki, hər nə səbəbdən olursa olsun əgər ermənilər ərazilərimizdən çıxırlarsa bu, müsbət hal kimi qiymətləndirilməlidir:

 

“Laçın keçid gömrük məntəqəsi bağlı olsa da, oranı tərk etmək istəyən xarici ölkə vətəndaşlarının həmin məntəqədən keçidi təmin olunmalıdır. Təbii ki, əgər onların içərisində beynəlxalq axtarışda olan insanlar varsa və yaxud Azərbaycanın haqqında cinayət işi qaldırdığı şəxslər varsa, Xaçatryan məsələsində olduğu kimi saxlanılaraq, müvafiq qurumlara təhvil veriləcəklər. Amma haqlarında cinayət tərkibi olmayan şəxslər çıxmaq istəyirlərsə çıxışı təmin edilməlidir. Çünki bizim məqsədimiz separatçı rejimin tör-töküntülərinin ərazidən çıxarılmasıdır”.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR