Rusiyadan Qarabağla bağlı ŞƏRH

17:02 23-08-2023 | icon 258 | Siyasət
Rusiyadan Qarabağla bağlı ŞƏRH

“RSK Qarabağı tərk edəcək, sonra Azərbaycan ordusu bu əraziyə daxil olacaq”

 

Ötən həftə İrəvanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Laçın yolu ətrafındakı vəziyyətlə bağlı iclası keçirilib. Tədbirin qətnaməsiz, hətta sədrin bəyanatı olmadan başa çatması Ermənistan tərəfini narahat edib. Düzdür, erməni ekspertlər hələ də bir, hətta iki həftəyə qərarın çıxacağını gözləyirlər və bu, çox qəribədir. Çünki çıxışlardan aydın oldu ki, Azərbaycanın ərazi bütövlüyü heç kim tərəfindən mübahisələndirilmir, Laçın yoluna gəlincə isə, bir çox dövlətlər alternativ Ağdam-Xankəndi yolunu da qeyd ediblər.

 

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bununla bağlı fikirlərini bölüşüb.

 

Onun sözlərinə görə, Ermənistanın mövqeyində böyük təməl ziddiyyət var və İrəvanın indiyədək olan fəaliyyətləri kimi, bundan sonrakılar da bu ziddiyyət çərçivəsində davam edəcək:

 

“Ermənistan anlayır ki, Azərbaycan güclüdür. Ölkə rəhbərliyi də əhalinin əksəriyyəti kimi Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasına razıdır, çünki onlar özləri Azərbaycanla döyüşə bilmirlər, həmçinin, kənarda onlar üçün döyüşmək istəyən tapa bilmirlər”.

 

Politoloqun sözlərinə görə, bu səbəbdən İrəvan yollar axtarır ki, Qarabağı hüquqi baxımdan Azərbaycanın ərazisi kimi tanısın, amma eyni zamanda, bura faktiki və siyasi cəhətdən Azərbaycanın olmasın:

 

“Bunun üçün isə Bakı hansısa yolla (görünür, bəzi qüvvələrin təzyiqi altında) Qarabağın erməni icmasının muxtariyyətini tanımalıdır, bu muxtariyyətin qarantı isə Azərbaycan hökuməti və Konstitusiyası deyil, Ermənistanın dostu olan hansısa beynəlxalq strukturlar olmalıdır. Amma Azərbaycanın bu variantı həyata keçirməyə arzusu və ehtiyacı yoxdur. 2,5 ildən az müddətdə “Soçi razılaşmaları” başa çatacaq, Azərbaycan onları yeniləməyəcək. Bakı Rusiya sülhməramlı kontingentinə (RSK) görülən işlərə görə təşəkkür edəcək, ola bilsin ki, kimisə hansısa şücaətinə görə mükafatlandırsın, vəssalam. RSK Qarabağı tərk edəcək, daha sonra Azərbaycan Ordusu bu əraziyə daxil olacaq və Ermənistan silahlı qüvvələrini darmadağın edəcək. Amma bəlkə də, erməni qüvvələri bunun tamamilə əbəs olduğunu anlayaraq hətta döyüşlərə qoşulmayacaqlar. Deməli, Bakının erməni muxtariyyətini tanımasına ehtiyac yoxdur”.

 

Ekspert, həmçinin, Sovet Azərbaycanı çərçivəsində mövcud olmuş DQMV-ni xatırladıb:

 

“Hər şey çox pis bitdi. Erməni icması da Ermənistan kimi bu muxtariyyətdən sui-istifadə etdi. Onlar dəhşətli müharibəyə başladılar, nəticədə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, minlərlə insan həlak oldu. Bəs Azərbaycan niyə öz dövlətçiliyinin altına bu minanı qoymalıdır ki?!”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...