Polşadan Rusiya ilə bağlı növbəti addım

17:53 23-08-2023 | icon 181 | Dünya
Polşadan Rusiya ilə bağlı növbəti addım

Xüsusi təyinatlıların sayını artırır

 

Polşa hakimiyyəti Ukraynadakı müharibə fonunda hərbi kontingenti artırmağa və ölkənin təhlükəsizliyini gücləndirməyə davam edir.

 

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak məlumat verib.

 

Onun sözlərinə görə, Baltikyanı ölkələrin enerji infrastrukturunun qorunması məqsədilə “Formoza” hərbi bölməsində yeni xüsusi təyinatlılar qrupu yaradılır.

 

“Yeni qrupun yaradılması Polşanın ən mühüm infrastruktur obyektlərinin - Svinouyssedəki qaz limanının və “Baltic Pipe” qaz kəmərinin istismarı ilə bağlı müasir hərbi və qeyri-hərbi təhlükələrə cavabdır”, - deyə o bildirib.

 

Blaşak qeyd edib ki, bu qərar Rusiyanın təcavüzkar siyasətindən irəli gələn təhlükələrə cavab olaraq verilib.

 

“Biz müxtəlif təxribatların mümkünlüyünü nəzərə almalıyıq”, - deyə nazir vurğulayıb.

 

O, eyni zamanda, polyakları orduya, o cümlədən xüsusi təyinatlılara daha fəal qoşulmağa çağırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR