Dadsız hesab etdiyimiz qidalar

13:15 24-08-2023 | icon 292 | Sağlamlıq
Dadsız hesab etdiyimiz qidalar

Qidayla daha çox maqnezium qəbulu ayaqlarda periferik arteriyaların daralmasının (PAD) inkişaf riskini azaldır.

 

Bu barədə Çinin Şandunq Tibb Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra elan ediblər. Araşdırma “PLOS One” jurnalında dərc olunub.

 

Qeyd edilir ki, PAD - ayaqlara qan axınının azalması ilə nəticələnir və özünü soyuq, mavi dəri, həmçinin hərəkətliliyin pozulması, xoralar şəklində göstərir.

 

Alimlər 40 və daha yuxarı yaşda olan 6 000-ə yaxın insanda ayaq biləyi-brakial indeksini (ayaqda qan axınının vəziyyətini qiymətləndirməyə imkan verir) sınaqdan keçiriblər. Nəticədə 409 xəstəyə PAD diaqnozu qoyulub. 

 

İştirakçılardan həmçinin son 24 saat ərzində yedikləri bütün qidaları xatırlamaları istənilib. Qeyd edilir ki, bu element buğda kəpəyi, kakao, qoz-fındıq, dəniz yosunu, avokado, kərəviz və brokolidə daha çox olur.

 

Məlum olub ki, sağlam iştirakçılar gündəlik orta hesabla 288,30 mq, PAD olanlar isə gündəlik orta hesabla 244,89 mq maqnezium qəbul ediblər ki, bu da tövsiyə olunan normadan aşağıdır.

 

Araşdırma zamanı mikroelement qəbulu (xüsusilə maqnezium) və PAD-ın inkişaf riskinin aşağı olması arasında əlaqə müəyyən olunub. Özü də bu siqaret çəkmə statusundan, milliyyətindən və yanaşı xəstəliklərdən asılı olmayıb.

 

Alimlər izah edirlər ki, maqnezium damarların genişlənməsinə və arterial qan axınının artmasına kömək edir. O, həmçinin C-reaktiv zülal, şiş nekrozu faktoru-alfa (TNF-α) və interleykin-6 (IL-6) daxil olmaqla, iltihab faktorlarının səviyyəsini azaldır. 

 

Nəhayət, maqnezium qan damarlarının divarlarında kalsiumun çökməsini azaldır. 

 

Bütün bunlar PAD riskini azaltmağa kömək edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR