“Priqojinin Putinin əmri ilə öldürüldüyünə eyham vuruldu”

15:32 24-08-2023 | icon 233 | Geopolitika
“Priqojinin Putinin əmri ilə öldürüldüyünə eyham vuruldu”

“Prosesin pərdəarxasında ABŞ və Qərb də dayana bilər”

 

Məlumatlara görə, “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojin 23 avqust axşam saatlarında səs-küylü və müəmmalı şəkildə öldü. Onun olduğu təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətinin Kujenkino kəndi yaxınlığında partladı. Təyyarədəki 6 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.

 

Bu istiqamətdə Versus.az-a şərh verən politoloq Turan Rzayev hesab edir ki, hadisə ilə bağlı iki nüans diqqət çəkir: - Təyyarədə Priqojinin “sağ əli” Dmitri Utkin və qruplaşmanın komandanlığında yer alan digər şəxslərin olması; “Embrayer” təyyarəsinin hava hücumundan müdafiə sistemindən açılan atəşlə vurulması iddiası;

 

 

Ekspert hesab edir ki, Dmitri Utkin və qruplaşmanın komandanlığında yer alan digərlər şəxslərin də hadisə zamanı həyatını itirməsi bunun sadə təyyarə qəzası olmadığını deməyə əsas verir:

 

“Bundan başqa, təyyarənin HHM-lə vurulması iddiasını “Vaqner”ə yaxın “Gray Zone” kanalı yayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də bu haqda informasiya sızdırıb, lakin əsas diqqətçəkən məlumat “Flightradar24” uçuş izləmə xidmətinin hesabatıdır.

Hesabatda deyilir ki, Priqojinə məxsus “Embraer Legacy 600” təyyarəsi 8 kilometrdən çox qalxıb, bundan sonra sürətlə hündürlüyünü itirməyə başlayıb. “Flightradar24” uçuş hündürlüyündəki dəyişiklikləri və təyyarənin sürətini izləyə bilib. Belə ki, biznes-jet Moskva vaxtı ilə saat 18:10-da 8,5 kilometr hündürlüyə qalxıb. Yerdən bu məsafədə saat 18:19-a qədər uçduğu deyilir. Daha sonra təyyarə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə altı kilometrə düşüb. Saat 18:20-dən sonra nəqliyyat məlumat ötürülməsini dayandırıb.

Təyyarənin öncə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə 6 kilometrə düşməsi və 18:20-dən sonra izləmənin itməsi onun vurulduğunu sübut edir. Görünür, təyyarə hücumdan yayınmağa çalışsa da, buna nail ola bilməyib”.

 

T.Rzyev qeyd edib ki, hazırda Priqojinin təyyarəsinin vurulması əmrinin kim tərəfindən gəldiyi müzakirə edilir:

 

“Rusiya Prezidenti Vladimir Putinin illər əvvəl verdiyi müsahibədə xəyanəti bağışlamayacağını deməsi məlum hadisədən sonra tirajlanmağa başlandı. Yəni dolayı yolla Priqojinin Putinin əmri ilə öldürüldüyünə eyham vuruldu. 

Bu eyhamı vuranlar daha çox Priqojinin “qiyamına” diqqət çəkərək Putinin məhz indi ondan intiqam aldığını düşünür. Əslində isə Yevgeni Priqojinin qiyamı şoudan başqa bir şey deyildi.

Putin prosesi “nəzarətli xaos” planı üzrə icra edirdi. Məqsəd Kremldaxili əks qüvvələri müəyyən edib, tədricən aradan götürmək idi. Təsadüfi deyil ki, Priqojinin qiyamından bir müddət sonra Rusiya xüsusi xidmət orqanlarının bir sıra nümayəndələri Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunun istefaya göndərilməsini tələb etməyə başladılar. Hətta onlar “Vaqner” rəhbəri Yevgeni Priqojinin tələblərini dəstəkləyib, Ukraynada daha aqressiv müharibə aparmağı, ölkədə hərbi vəziyyət və irimiqyaslı səfərbərlik elan edilməsini istədiklərini bildirmişdilər. Lakin görünən odur ki, Gerasimov və Şoyqu Priqojini qabaqladılar.

“Vaqner” qiyamından sonra Priqojinə yaxın Rusiya Aerokosmik Qüvvələrinin komandanı general-polkovnik Sergey Surovikin dindirildi və yoxa çıxdı. Məlumat üçün deyim ki, 1 avqust 2015-ci il tarixində Rusiya Müdafiə Nazirliyinin tövsiyəsi ilə Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələri birləşib. Rusiya Hərbi Hava Qüvvələrinin balansına həm də Rusiya hava hücumundan müdafiə sistemləri də daxildir.

Nəticə etibarilə Priqojinə yaxın olan Surovikinin yoxa çıxması və “Vaqner” rəhbərinin olduğu təyyarənin hava hücumundan müdafiə sistemindən açılan atəşlə vurulması təsadüf deyil”.

 

Ekspert bildirib ki, Priqojinin ölümünün təkcə Kremldaxili çəkişmə kimi qiymətləndirilə bilməz. Çünki onun ölümündə Gerasimov və Şoyqu qədər Qərb də maraqlıdır:

 

“ABŞ Prezidenti Co Bayden “Vaqner”in rəhbərinin ölümü haqda bunları deyib:

 

“Mən dəqiq nə baş verdiyini bilmirəm, ancaq təəccüblənmədim. Rusiyada Putinin arxasında olmadığı çox az hadisə baş verir. Amma dəqiq bilmirəm”.

 

Baydenin açıqlaması diqqət çəkir. O, prezident seçildikdən sonra ABŞ-ın Federal Təhqiqatlar Bürosu Priqojinlə bağlı axtarış elan etdi və həbsinə yardım edənə 250 min dollar mükafat vəd verdi.

 

“Qiyam şousu”ndan sonra Belarusa köçürülən “Vaqner”in Afrikada aktivləşdiyi müşahidə edilir. Diqqətçəkən məqam isə Priqojinin ölümündən əvvəl Afrikada olması və sonuncu videomüraciətinin “Afrikanı xilas edirik” məzmununda olmasıdır.

 

Qərb ölkələrinin Afrikada nüfuz savaşında zəifləməsi fonunda Rusiyanın güclənməsi həm ABŞ, həm də Qərbi narahat edirdi. Bütün bu prosesin başında isə Priqojin dayanırdı.

 

Afrikada mübarizənin qaynar mərhələyə keçdiyi ərəfədə qitədə kifayət qədər təsirə malik “Vanqer” rəhbərinin ölməsi həm də ondan xəbər verir ki, prosesin pərdəarxasında ABŞ və Qərb də dayana bilər”.

 

LƏMAN
Vesus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR