Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

22:36 18-02-2019 | icon 605 | Dünya
Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

İraq kürd muxtariyyəti parlamentinin 111 millət vəkilindən 5-i türkməndir

 

İraq Kürd Bölgəsi muxtariyyəti parlamentinin sədr müavini vəzifəsinə ilk dəfə bir türkmən seçilib.

 

Bu barədə Versus.az-a sözügedən palamentdə yer alan türkmən millət vəkili Azat Kürəçi bildirib. A.Kürəçi bildirib ki, əslində bu gün paralament yeni tərkibdə ilk toplantısını keçirməli idi:

 

“Amma iki kürd partiyası arasındakı bəzi anlaşılmazlıqlar səbəbilə toplantı baş tutmadı. Əsas məsələ isə türkmən millət vəkilinin ilk dəfə parlamentin sədr müavini seçilməsi oldu. KDP-nin iki namizədi vardı. Türkmənlərdən biri Müna Kahveçi, digəri isə Muhammed İlhanlı idi. Biz də aramızda belə bir qərara gəldik ki, ilk dönəmdə xanım Müna Kahveçi, ikinci dönəmdə isə Muhammed İlhanlı parlamentin sədr müavini olsunlar”.

 

Qeyd edək ki, İraq kürd muxtariyyəti parlamentinin 111 millət vəkilindən 5-i türkməndir.

 

Aganisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür