Zəngəzur dəhlizinin açılması məsələsi MÜZAKİRƏ EDİLİB

18:13 24-08-2023 | icon 189 | Siyasət
Zəngəzur dəhlizinin açılması məsələsi MÜZAKİRƏ EDİLİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Hadija Labib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər.

 

Bunu C.Bayramov avqustun 24-də Bakıda H.Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar.

 

C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

 

C.Bayramov söyləyib ki, görüş zamanı Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlər, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.

 

Nazirin sözlərinə görə, Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir:

 

“2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 80 milyon dollar olub. Belçikadan Azərbaycana 120 milyon, Azərbaycandan Belçikaya 250 milyon dollar investisiya qoyulub”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR