Krımda yenidən Ukrayna bayrağı dalğalandı

18:20 24-08-2023 | icon 229 | Dünya
Krımda yenidən Ukrayna bayrağı dalğalandı

Ukrayna kəşfiyyatçıları xüsusi əməliyyat keçirib, Krım ərazisinə enərək Ukrayna bayrağını asıblar.

 

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin Mətbuat Xidməti məlumat verib və əməliyyatın videokadrlarını yayımlayıb.

 

Qeyd olunub ki, ötən gecə Krımda Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Baş Kəşfiyyat İdarəsinin əməliyyatı keçirilib. Xüsusi təyinatlı bölmələr su nəqliyyat vasitələrində Olenevka və Mayak yaşayış məntəqələri yaxınlığında sahilə çıxıblar.

 

“Tapşırığın icrası zamanı ukraynalı müdafiəçilər düşmənlə üz-üzə gəliblər. Nəticədə düşmənin şəxsi heyəti itkilər verib, texnikası məhv edilib. Həmçinin Ukrayna Krımında dövlət bayrağı yenidən dalğalanıb”, - deyə məlumatda qeyd edilib.

 

Xüsusi əməliyyat başa çatdıqdan sonra ukraynalı müdafiəçilər hadisə yerini itkisiz tərk ediblər.

 

Həmçinin Baş Kəşfiyyat İdarəsindən bildirildiyinə görə, Krımın işğalçı “administrasiyası” yerli əhalinin kütləvi müraciətinə baxmayaraq, baş verənlərlə bağlı şərh verməyib.

 

Eyni zamanda, yeganə məlumat guya “müəyyən edilmiş qrafik üzrə döyüş sursatlarının məhv edilməsi” ilə bağlı olub.

 

Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Krımda əməliyyatdan sonra geri çəkilməsini əks etdirən videogörüntülər yayılıb.

 

Görüntülərdə ukraynalı hərbçilər və Rusiya ordusu arasında silahlı qarşıdurma əksini tapıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq