"Özbəkistan da həmin ölkələr sırasındadır"

21:09 24-08-2023 | icon 262 | Siyasət
"Özbəkistan da həmin ölkələr sırasındadır"

Fuad Əliyev: "Qurulmuş əlaqələr bu gün də davam etməkdədir"

 

"Azərbaycan həyata keçirdiyi xarici siyasət kursu nəticəsində dünyanın əksər ölkələrlə ikitərəfli əməkdaşlıq qurub. Azərbaycan sübut etdi ki, regionda etibarlı tərəfdaşdır. Bu baxımdan bir çox ölkələr Azərbaycanla əməkdaşlıq edirlər. Özbəkistan da həmin ölkələr sırasındadır".



Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.

 

O, qyd edib ki, Azərbaycanla Özbəkistanı səmimi dostluq münasibətləri bağlayır və tarix boyu qurulmuş əlaqələr bu gün də davam etməkdədir:



"Azərbaycanla dost olan Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olması təkcə eyni kökün daşıyıcıları olması ilə bağlı deyil. Digər mühüm əlamətlər və bağlılıqlar da vardır ki, məhz həmin amillər bu gün Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olmasına imkan yaradır. Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə dayanır. Bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət almış, Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlər yeni mərhələyə qədəm qoymuşdu. İstər SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycan ilə Özbəkistan arasında münasibətlər inkişaf edirdi. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra Özbəkistanla əlaqələrdə inkişaf müşahidə edilməyə başladı. Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb".



Həmsöhbətimiz əlavə edib ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr ən yüksək səviyyədə - dostluq, qardaşlıq münasibətlərinə uyğundur:

 

"İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir. Azərbaycan torpaqları işğal altında olan illərdə Özbəkistan ədaləti, haqqımızı müdafiə edib. Torpaqlarımızı azad edəndən sonra, Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bağlı ölkəmizi ilk təbrik edənlər sırasında da Özbəkistan var. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub".



F.Əliyev vurğulayıb ki, bu gün iki ölkə arasında münasibətlər prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir:

 

"Dövlət başçıları şəxsi səviyyəsində olan dostluq-qardaşlıq əlaqələri Azərbaycanla Özbəkistanı bir-birinə daha da yaxınlaşdırır". /"İki sahil"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122