“Qarabağ”ın direktorundan şok AÇIQLAMA

09:10 25-08-2023 | icon 229 | İdman
“Qarabağ”ın direktorundan şok AÇIQLAMA

“Telekanal rəhbərliyi zənglərimizə cavab vermədi”

 

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Olimpiya” (Slovenia) - “Qarabağ” matçının canlı yayımını izləmək müşkülə çevrildi. Oyunu göstərməli olan “İdman TV” telekanalı izləyicilərini müxtəlif roliklərlə “feyzyab” etdi. Telekanal “texniki xəta səbəbilə “Olimpiya” - “Qarabağ” matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!” - açıqlamasını yaydı. Yalnız 70-ci dəqiqədən sonra efirə gedən matçın yayımı, əlbəttə ki, hamını narazı saldı.

 

Sport24.az “Qarabağ”ın direktoru Emrah Çelikellə əlaqə saxlayıb. Klub rəhbərinin açıqlaması “aydın səmada şimşək” effekti verdi: “Siqnal idealdır. Oyun başlayandan bəri telekanal rəhbərliyinə etdiyim çoxsaylı telefon zəngi heç bir effekt vermədi. Zənglərim cavabsız qaldı”.

 

Çelikel “sizcə, bu hal niyə yaşanıb? Telekanal rəhbərliyi niyə zənglərinizə cavab vermədi” suallarına dərindən ah çəkərək, “bilmirəm, vallah, bilmirəm” cavabını verdi.

 

Təəssüf. Ölkənin avrokuboklarda yeganə təmsilçisi tarixi qələbə qazanır, azərbaycanlı futbolsevərlər isə oyunu telefon üzərindən izləməklə kifayətlənməli olurlar. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq