Türkiyədə göldə möcüzə

07:33 26-08-2023 | icon 263 | Maraqlı
Türkiyədə göldə möcüzə

Suyunda üzənlər qaraşın girib, sarışın çıxırlar

 

Türkiyənin Van gölünün qəribə xüsusiyyəti hər kəsin marağına səbəb olur. Belə ki, göldə çimən uşaqların saçı qısa müddət ərzində saralır və öz təbii rənginə ancaq qışda qayıdır.

 

Yerli sakinlər uşaqların saç rənginin saralması üçün bir həftənin kifayət etdiyini bildirirlər.

 

“Van gölünün suyu həm qazlı, həm də duzludur. Saçlarının təbii şəkildə sarışına boyanmasını istəyənləri Van gölündə salamlayırıq”, - deyə yerli sakinlərdən biri bildirib.

 

Qeyd edək ki, Nemrut dağının vulkan püskürməsi nəticəsində əmələ gələn dünyanın ən böyük qazlı su gölü, həmçinin, minerallarla zəngindir. Həkimlərin sözlərinə görə, Vanın müalicəvi suyu el arasında “yağlı ekzema” kimi tanınan seboreyalı dermatit, psoriaz və göbələk kimi dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq