“Taliban”dan qadınların milli parka getməsinə QADAĞA
06:54 28-08-2023
|
328 |
Dünya
Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı qadınların ölkənin ilk və yeganə milli parkı olan Bandi-Amirə getməsini qadağan edib.
Qadağanın təşəbbüskarı “Taliban” hakimiyyətinin təsis etdiyi yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı Məhəmməd Xalid Hənəfi olub.
Onun sözlərinə görə, parkda istirahət edən qadınlar hicab taxmaq qaydalarını pozublar və ya ümumiyyətlə hicab qaydalarına məhəl qoymayıblar.
Xatırladaq ki, Bandi-Amir Milli Parkında unikal görüntüyə malik altı göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3 000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir.
Xəbər lenti
Can't create/write to file '/var/tmp/MYZdexcx' (OS errno 24 - Too many open files)