“Laçın” SBM-də daha bir erməni təxribatının qarşısı alındı

11:24 28-08-2023 | icon 247 | Qarabağ
“Laçın” SBM-də daha bir erməni təxribatının qarşısı alındı

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma qurumun “gerbi” təsvir olunan nərd taxtası müsadirə edilib.

 

Bu barədə “Report”un ərazidə müşahidə aparan əməkdaşı məlumat verib.

 

Belə ki, keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.

 

Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma qurumun “gerbi”nin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.

 

Xatırladaq ki, bu, “Laçın” SBM-də erməniəsilli şəxslərin ilk təxribat cəhdi deyil. Bundan öncə avqustun 22-də erməniəsilli qadınlardan biri üzərində qondarma rejimin “bayrağı” əks olunmuş çanta ilə sərhəd-buraxılış məntəqəsinə daxil olub. Sərhədçilərimiz həmin şəxsin bu təxribatçı hərəkətinə irad bildiriblər. Avqustun 25-də isə ermənilərin təcili yardım maşınının üzərinə vurduqları qondarma rejimi təbliğ edən banner sökülüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR