Ermənistanda ehtiyatda olan zabitlər toplanır

18:55 30-08-2023 | icon 348 | Geopolitika
Ermənistanda ehtiyatda olan zabitlər toplanır

Şair Ramaldanov: “Ermənistan daim Azərbaycana qarşı hiylə axtaran bir dövlətdir"

 

Xəbərlərə görə, Ermənistanda 2023-cü il sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək. Ermənistan hökuməti toplanışların ümumi hərbi bacarıqların səviyyəsinin saxlanılması, eləcə də ehtiyatda olan zabitlərin hazırlanması məqsədilə keçirildiyini bildirib.

 

İşğalçı, revanşist niyyətlərindən əl çəkməyən, sülhə gəlməyən Ermənistanın belə toplantılarının arxasında Azərbaycana qarşı müharibə hiyləsi dayana bilərmi? Bu toplantılar, erməni ordusunu toparlaya biləcəkmi?

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirib ki,sülhə imza atmayan Ermənistanın hansı hiyləsi olsa da, Azərbaycan ordusu düşmənin cavabını layiqincə verməyə qadirdir, hazırdır.

 

Hərbi ekspert, qeyd edib ki, əgər iki döyüşən tərəflər arasında sülh müqaviləsi yoxdursa deməli, müharibə şəraiti davam edir. Atəşkəsin əldə olunması da müharibənin bitməsi demək deyil.

 

O, eyni zamanda hesab edir ki, Ermənistanda ehtiyatda olan hərbçilərin toplantısının keçirilməsi onun daxili işidir. O cümlədən, hər bir dövlət səfərbərlik resursunun döyüş hazırlığı ilə bağlı belə hazırlıqlar keçirir. Hazırda Ermənistanda ordunun vəziyyətinin məlum olduğunu və 44 günük müharibədən sonra toparlanmağa çalışdığını qeyd edən ekspert,  bunun üçün bu ölkəyə illərin lazım olacağını deyib. O, bunun Ermənistanın daxili işi olsa da, belə toplantılarla hazırlaşıb nəyəsə nail olacaqlarını güman etmədiyini deyib.

 

Ekspert, eyni zamanda Ermənistanın hər an təxribatlar törətməyə qadir olan ağılsızlığını da qeyd edib:

 

“Ermənistan daim Azərbaycana qarşı hiylə axtaran bir dövlətdir. Ermənidən hər an, hər cür neqativ addımı gözləmək olar.  Azərbaycan Ordusu, Azərbaycan dövləti ayıq-sayıqlığını daim saxlayaraq bütün prosesləri təhlil edir, bundan irəli gələn tədbirləri daim  görür. Əgər bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı hər hansı açıq müdaxilə edilmirsə, bu da ona görədir ki, Azərbaycanın Dəmir Yumruğunun gücünü bilir”.

 

Ş.Ramaldanov hesab edir ki, bu gün ermənilərin mütəmadi olaraq hansısa ərazilərimizdə atəşkəsi pozması, hansısa yerlərdə aparılan işlər gərginliyin yaradılması fonunda baş verir:

 

“Çünki gərginlik olan yerdə sülh müqaviləsinin bağlanmasından söz gedə bilməz. Eyni zamanda sülh müaviləsinin bağlanmadıqca vaxt uzanır və yeni oyunçular daha da məqsədyönlü şəkildə prosesə daxil olurlar. Ermənistan hərbi toplantılarını tirajlasa da, Azərbaycanın güclü ordusu hər cür həmləyə hazırıdr”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA