Un yükü və yenə erməni narazılığı... 

19:04 30-08-2023 | icon 352 | Qarabağ
Un yükü və yenə erməni narazılığı... 

Rəşad Bayramov: “Humanitar yardım da erməniləri dəyişdirməyəcək”

 

Bu dəfə revanşist rejimin əsarətində olan ermənilərə çörəklə uzatdığımız əlin necə qarşılanacağı  və bu humanist addımın erməni xalqında hansı hissi doğuracağı sualı da birmənalı qarşılanır. Bakıdan Xankəndində yaşayan erməni əsilli sakinlər üçün Ağdam yolu ilə göndərilən humanitar yük revanşist erməni ruhunu yumşalda biləcəkmi?

 

Maraqlıdır, Azərbaycanın ermənilərə humanitar yardımı regiona nə vəd edir?

 

 

 

Politoloq Rəşad Bayramov Versus.az-a bildirib ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərə göndərdiyi humanitar yardım erməni iddialarında hər hansı dəyişikliyə səbəb olmayacaq. Onun fikrincə, separatçı rejim Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməyəcək.

 

Politoloq hesab edir ki, Azərbaycan bu addımla bir daha Qarabağ erməniləri ilə bağlı hər hansı bir blokada, hər hansı bir humanitar fəlakət törətməkdə maraqlı olmadığını növbəti dəfə ortaya qoymyuş olur:

 

“Beynəlxaq ictimaiyyətə növbəti dəfə o mesaj verilir ki, bizim Qarabağ ermənilərinə humanitar yüklərin çatdırılması ilə bağlı etirazımız, problemimiz yoxdur. Problem bütün bu daşınmaların Azərbaycan qanunları çərçivəsində həyata keçirilməsi ilə bağlıdır.  Əgər Azərbaycan alternativ marşrut təklif edirsə, bu zaman avtomatik olaraq Azərbaycnın orda kimlərisə blokadaya alıb humanitar fəlakət qarşsında qoyması öz özlüyündə ortadan çıxır”.

 

Bütün bunlarla yanaşı R.Bayramov qeyd edib ki, beynəlxalq təşkilatların mövqeyinin, ayrı-ayrı dövlətlərin bu məsələdə spekulyasiyaya getdiyinin şahidyik. O, hesab edir ki, bu yardım sadəcə olaraq Azərbaycanın beynəlxalq miqyasda əlini gücləndirə biləcək bir addımdır:

 

“Azərbaycan deyir ki, mən özüm öz vətəndaşlarımın istənilən problemini həll etməyə hazıram və bununla bağlı hər hansı başqa dövlətin mənim ərazimdə insanlarıma  hər hansı yardım çatdırmasına ehtiyacım yoxdur”.

 

Bununla belə politoloq hesab edir ki, dünyada ikilistandartların olduğu Azərbaycanın bu məsələsinə münasibətdə də özünü göstərir:

 

“2014-cü ildə Rusiya Donetsk və Luqanskda olan insanların guya humanitar fəlakətlə üz-üzə qaldığını bəhanə gətirərək ora yardım karvanı göndərirdi. O zaman   BMT, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti və digər  aparıcı ölkələr bəyanatlarla çıxış etdilər ki, Ukraynanın razılığı olmadan onun ərazisindən hər hansı yerə beynəlxql yardımn çatdırılması beynəlxalq hüquqa ziddir, həmin ölkənin ərazi bütövlüyünü təhdid altına almaqdır. Amma bu gün biz Qarabağ ermənilərinə humanitar yardımın daşınması oyununda bu etirazların şahidi olmuruq. Fransa bir yandan, Ermənistan bu yandan, dünya o biri yandan bağrır ki, ermənilərə humanitar yardım aparılsın. Amma heç kim də səsini çıxarıb demir ki, bu gün Azərbaycanın icazəsi olmadan belə bir yardımın Azərbaycan ərazisindən keçməsi birbaşa suverenliyimizin, ərazi bütövlüyümüzə təhdiddir, onun tapdalanmasıdır”.

 

Ekspert məsələ ətrafında müzakirəyə səbəb çoxlu nüansların olmasına baxmayaraq, hesab edir ki, atılan humanitar addım müsbət qiymətləndirilməlidir. Çünki bu, ən azı beynəlxalq müzakirələrdə Azərbaycanın əlini möhkəmləndirəcək.

 

 

 

“Bu, Bakının humanitar yardım həmləsidir”

 

Politoloq Turan Rzayev bildirib ki, Azərbaycanın öz ərazilərində olan ermənilərə humanitar yük göndərməsi Bakının növbəti həmləsidir.

 

Ekspert dünəndən bəri təşvişə düşən separatçıların Xankəndidə xüsusi iclas keçirməsinə diqqət çəkib:

 

“Saat 21:00 radələrində başlanan iclas saat 4:00-ə qədər davam edib. Diqqətçəkən məqam iclasda Araik Arutyunyandan başqa separatçıların keçmiş liderləri Bako Saakyanın da iştirak etməsidir. İclasın keçirilmə səbəbi mövcud vəziyyətdən çıxış yolları tapmaqdır. Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın göndərdiyi humanitar yüklərin Laçın yolu ilə Xankəndiyə aparılmasına icazə vermir. Azərbaycan tərəfi humanitar yüklərin yalnız Ağdam-Xankəndi yolu ilə daşınmasında israrlıdır. Humanitar yüklərin Laçın yolu ilə Xankəndiyə çatdırılması istiqamətində aparılan təbliğatın və yaradılmağa çalışılan beynəlxalq təzyiqin də nəticəsiz qaldığını görən separatçılar çıxış yolu axtarırlar”.

 

Ekspert bildirib ki, separatçı liderlərin təcili iclas keçirməsi vaxtın onlar üçün azalması, habelə çəmbərin daralması ilə bağlıdır:

 

“Ermənilər iddia edirlər ki, Xankəndidə aclıqdır, qida, yanacaq ehtiyatları tükənir. Halbuki Xankəndidə restoranlar gecə saatlarına qədər işləyir, insanlar heç də aclıqdan əziyyət çəkən kimi görünmürlər. Digər tərəfdən, ermənilər Azərbaycanın Laçın yolunu bağladığını iddia edirlər. Halbuki gün ərzində bu yoldan azı 50-60 erməninin keçidi qeydə alınır. Belə olan halda erməni yalanları iflasa uğrayır.  Bütün bunları nəzərə alaraq demək olar ki, separatçılar görüş zamanı  humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə çatdırılması məsələsini müzakirə ediblər. Bundan başqa, iclas zamanı Bakı ilə Yevlaxda ya da Bərdədə görüşlərin keçirilməsi də müzakirə oluna bilər”.

 

Politoloq Turan Rzayev bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün 40 ton un məmulatı göndəriləcəyini açıqlaması separatçılar üçün gözlənilən, lakin arzu edilməyən ssenari idi. Onun fikrincə, separatçılar Bakının bu təklifini geri çevirə bilməz:

 

“Əks təqdirdə bu onların “Xankəndidə aclıq var”, “humantira böhran”, “Azərbaycan bizi blokadada saxlayır” kimi yalanlarını ifşa edəcək. Prinsip etibarilə separatçıların başqa seçimi yoxdur, çünki rəsmi Bakı alternativ təklifləri qəbul etmir, etməyəcək də”.

 

LƏMAN

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR