Ən təhlükəli xərçəng növünü müalicə edən DƏRMAN TAPILDI

10:09 31-08-2023 | icon 247 | Sağlamlıq
Ən təhlükəli xərçəng növünü müalicə edən DƏRMAN TAPILDI

Avstraliyanın Qarvan Tibbi Tədqiqatlar İnstitutunun alimləri xərçəngin ən təhlükəli növlərindən birinə - mədəaltı vəzin adenokarsinomasına qarşı təsirli olan dərman tapıblar. Bu xəstəliyə tutulduqdan sonra pasiyentlərin beş il sağ qalma nisbəti 10 faizi keçmir.

 

Araşdırmanın nəticələri “Nature Cancer” jurnalında dərc olunub.

 

Məlumata görə, yeni preparat ( PXS-5505) şişlərdə lifli toxumaya (kimyaterapiyanın effektivliyini azaldan çapıqlar şəbəkəsinə) təsir göstərir.

 

Təcrübələr zamanı PXS-5505 kimyəvi terapiya ilə birlikdə sınaqdan keçirilib. Eksperimental heyvanlarda sağ qalma müddəti yalnız kimyaterapiyadan istifadə edən qrupla müqayisədə 35 faizdən çox olub.

 

Qarışıq terapiya həmçinin xərçəngin digər orqanlara, məsələn qaraciyərə yayılmasını (metastaz) 45 faiz azaldıb.

 

Hazırda preparat sümük iliyi xərçənginin müalicəsi üçün klinik sınaqların ikinci mərhələsindədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122