“Azərbaycan humanitar yükləri çatdırmaq üçün “hava dəhlizi  təşəbbüsü” qaldıra bilər”

09:40 01-09-2023 | icon 171 | Siyasət
“Azərbaycan humanitar yükləri çatdırmaq üçün “hava dəhlizi  təşəbbüsü” qaldıra bilər”

Cəmaləddin Quliyev: "Bu, qarşı tərəfin gələcək addımlarını önləmək üçün də lazımdır"

 

Sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdəki erməni separatçılar regiondakı təxribatlarını davam edir. İşğalçı, separatist qüvvələrin bölgədən çıxarılması ilə sülhün, stabil yaşamın bərpa edilməsinə çalışmaq əvəzinə, bəzi beynəlxalq qruplar öz maraqlarını ermənilərin “humanitar yardım” bəhanələri ilə gerçəkləşdirməyə cəhd edir, Azərbaycanın suverenliyinə, dövlət təhlükəsziliyinə təhdid yaratmağa çalışırlar. İşğalçı tərəf deyil, işğala məruz qalan tərəfə qarşı beynəlxalq hüquqa uyğun olmayan müdaxilələr birmənalı qarşılanmır və bu vəziyyətlə bağlı gözləntilər fərqli aspektlərdə təhlil olunur.

 

Humanitar yardım adı ilə Azərbaycanda nəyə nail olmağa çalışırlar?

 

Siyasi ekspert Cəmaləddin Quliyev Versus.az -a bildirib ki, Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasında keçirilmiş iclas ərəfəsi erməni lobbisi bütün dünya boyu xüsusi antiazərbaycan kampaniyası apardı. Dünyanın müxtəlif ölkələrinin siyasətçiləri, KİV-ləri vasitəsilə səsləndirilən təkliflərdən biri də Xankəndiyə humanitar hava dəhlizi açılması idi:

 

“Müqayisə üçün Qərbi Berlində yaşanan humanitar fəlakətin qarşısını almaq məqsədilə 1948-ci il iyunun 24-dən 1949-cu il mayın 12-dək hava dəhlizi vasitəsilə humanitar yüklərin daşınması təcrübəsi xatırladılır, eyni təcrübənin Xankəndi üçün də tətbiq olunması təklif edilirdi. O zaman müttəfiq dövlətlərin pilotları Qərbi Berlinə minlərlə ton ərzaq, geyim, dərman daşımışdı. Bənzər əməliyyatlar təxminən elə o illər Çan Kayşinin ordusunu və Hollandiya əhalisini aclıqdan xials etmək üçün də aparılıb. İndi Paris meri İrəvana gələrək Xankəndiyə yön alacaq "humanitar yardım karvanında" iştirak etmək istəyibsə, demək, təxribatın davamı da olacaq, sabah "humanitar hava dəhlizi" ideyasının tətbiqi üçün gediləcək təxribatlara da hazır olmalıyıq”.

 

C.Quliyev hesab edir ki, "Sülhməramlılar" Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi humanitar yükləri Xankəndiyə buraxmırlarsa, Azərbaycan özü öz humanitar yüklərini çatdırmaq üçün hava dəhlizi (paraşütlə yardım) təşəbbüsü qaldıra bilər. Onun sözlərinə görə, bu, qarşı tərəfin gələcək addımlarını önləmək üçün də lazımdır.

 

Ekspert hesab edir ki, ictmai rəy mümkün qədər qeyri-ordinar addımlara hazırlanmalıdır:

 

“İndi "erməniyə yemək verirlər, erməniyə qaz verirlər, başqalarını düşünmürlər" kimi şərhlərlə çıxış edən hər kəs doğrudan ya nə baş verdiyini anlamaq qabiliyyətində deyil, ya da sadəcə təxribatçıdır”.

 

Ekspert Azərbaycanın erməni əsilli sakinlərinin reinteqrasiyası naminə mümkün addımları atdığını deyib. O, lazım gəldiyi an ata biləcəyimiz qəti addımların 44 günlük müharibənin nümunəsini önə çəkməklə ümumi  mənzərəyə diqqət çəkib:

 

“Bu, bir çoxları üçün gözlənilməz idi, amma o addımlar atıldı, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etdi və cənab Prezident dediyi kimi, yeni siyasi, geosiyasi reallıq yaratdı. Ondan sonra atılacaq adımlar daha çox Qarabağ ərazisində yaşayan bizim erməni əsilli Azərbaycan vətəndaşlarının iteqrasiyası ilə bağlıdır. Bir çoxu özlərini Azərbycan vətəndaşı hiss etməsələr də, amma hələ də bizim sakinlərdir. Bu gün dövlətin, hökumətin atdığı addımlar, eləcə də Qarabağ İqtisadi rayonu ərazisində yaşayan erməni əsilli vətəndaşlarımıza humanitar təyinatlı yüklərin göndərilməsi onların Azərbaycan cəmiyyətinə təkrar reinteqrasiyasına nail olmaqdır”.

 

C.Quliyev qeyd edib ki, bu gün Azərbaycan o ərazidə müfafiq dəyərləndirmə apara bilmədiyi üçün erməni sakinlərinin bu yardıma nə dərəcədə ehtiyacının olduğunu bilmirik. O, qeyd etdiyi “havadan humanitar dəhliz” açılması məsələsinin BMT-dəki iclasdan qabaq zirvənin mediası, erməni lobbisi,  konqresmenlər, senatorlar, deputatlar səviyəsində dünya çapında təbliğ olunduğunu bildirib.  Erməni lobbisi hətta dost ölkələrin aparıcı ictimai-siyasi fiqurlarının da belə bəyanatlar verməsinə nail ola bilmişdilər. Belə ki, İsrail mediasında, eləcə də qardaş Türkiyənin tanınmış simaları tərəfindən belə təkliflər səsləndirilirdi.

 

Ekspert vurğulayıb ki, bu təkliflərin, təşbbüslərin yenidən ortaya atılmasının qarşısının alınması üçün Azərbaycan dövləti önləyici addımlar atmalıdır və atılır. Onun sözlərinə görə, reinteqrasiya istiqamətində bundan sonra atılacaq addımların yol xəritəsi olsa da öncədən açıqlanmır. Söhbət inteqrasiya prosesində lazım olan sosial, siyasi, iqtisadi, mədəni addımların atılmasından gedir.

 

C.Quliyev hesab edir ki, cəmiyyət 44 günlük müharibədə dövləti necə dəstəklədisə, bu gün də eyni şəkildə dəstəkləməlidir. Onun fikrincə, bu icmaların reintiqrasiyası ilə bağlı başqa model yoxdur. Bunun üçün dünya təcrübəsi götürülərək qarışıq model tətbiq olunmalıdır və olunacaqdır.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”