“Fransa başından yekə  işlərə baş qoşub”-açıqlma

12:04 03-09-2023 | icon 145 | Siyasət
“Fransa başından yekə  işlərə baş qoşub”-açıqlma

 

 

"Fransa Avropanın və dünyanın ən millətçi ölkəsidir. Müstəmləkəçiliyin ən qəddar, acımasız, insanlara qarşı terror və qırğınlarla müşayət olunan hadisələrini bu ölkə həyata keçirdib”.

 

Bunu Versus.az-a politoloq Qabil Hüseynli Azərbaycana onun Qarabağ ərazisindən erməni əli ilə zərbə vurmağa çalışan Fransanın regionda həyata keçirməyə çalışdığı planları barədə  bildirib.

 

Politoloq hesab edir ki, bu gün Fransanın Afrikada və digər yerlərdə köhnə müstəmləkə sistemindən qalmış ölkələrdəki mövqeyi tamamilə zəifləyib. Bu boşluğun yerini doldurmaq üçün  Cənubi Qafqaza üz tutub və burada da ermənilərlə olan daimi dostluqlarını ön plana verirlər".

 

 

Q.Hüseynli qeyd edib ki, Fransanın apardığı "savaşın" həm ideolgi, həm də geosiyasi maraqları var..

 

"Onlar geosiyasi planda müstəmləkə yerlərində yaratdıqları boşluqların yerini Cənubi Qafqazda özlərinin təsir dairələrini yüksəltməklə qoruyub saxlamaq fikrindədirlər.  Üstəlik yaxşı bilirlər ki, ermənilərdən maşa kimi istifadə etmək olar.  Düşünürlər ki, bölgənin digər ölkələrini, xüsusilə Türkiyə və Azərbaycanı daim öz nəzarəti altında saxlamağa cəhd edə bilərlər. Amma Fransa başından yekə  işlərə baş qoşub.Xüsusilə də strateji üstünlük qazanmaq və  Azərbaycanı da öz təsir dairəsində saxlamaq üçün ermənilərdən istifadə etməklə heç zaman niyyətlərinə çata bilməyəcəklər. Bu nöqteyi -nəzərdən də  addımları avantürizm, siyasi manipulyasiya, siyasi möhtəkirlik və yeni müstəmləkəçilik siyasəti kimi də səciyyələndirilə bilər".

 

Tahirə Qafarlıə

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”