“Hikmət Hacıyevin son bəyanatı hər kəsə verilən bir ultimatumdur...”-AÇIQLAMA

12:11 03-09-2023 | icon 359 | Geopolitika
“Hikmət Hacıyevin son bəyanatı hər kəsə verilən bir ultimatumdur...”-AÇIQLAMA

 

  

"Hikmət Hacıyevin tvitində " Azırbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır"  fikirləri  konkret olaraq ultimatumdur və kifayət qədər yerində verilmiş bir ultimatumdur. Hikmət Hacıyevin son bəyanatını xəbərdarlıq kimi qiymətləndirmək olar.

 

 

 Bunu Versus.az-a politoloq Rəşad Bayramov  Prezidentin köməkçisi Hikmət Hacıyevin tvitində "Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində  deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır"  fikirlərini şərh edərkən bildirib.

 

Polidoloq qeyd edib ki, bundan bir müddət əvvəl də Prezident İlham Əliyev Qarabağ ermənilərinin ya Azərbaycan qanunlarını qəbul edib reinteqrasiya prosesinə başlamalı,  ya da ərazilərimizi tərk etməli olduqları haqqında bəyanatla çıxış eləmişdi.

 

“Həm cənab Prezidentin, həm də Hikmət Hacıyevin bəyanatları onu deməyə əsas verir ki, Azərbaycan öz addımlarında və bəyanatlarında qətidir. Bu növbəti dəfə  separatçı rejimə, Ermənistana, bu rejimin arxasında dayanan ayrı-ayrı dövlətlərə verilən xəbərdarlıqdır”.

 

Politoloq eyni zamanda qeyd edib ki, bu gün ərazilərimizdə 10 mindən artıq qeyri-qanuni erməni hərbi birləşmələrinin qalmaqda davam etməsi, hərbi texnikanın Xankəndində və ətraf rayonlarda yerləşməsi və Qarabağda yaşayan erməni əsilli şəxslərin Azərbaycan qanunlarına tabe olması və  reintiqrasiya  prosesinə başlamasını  gecikdirir. R.Bayramov eyni zamanda bu gün Qarabağda olan ermənilərin içərisində Azərbaycan qanunlarına tabe olmaq istəməyən kifayət qədər şəxslər var ki, bu bəyanatın həm də onlar üçün xəbərdarlıq hesab edib.

 

“Bəyanatlardan çıxan nəticə ondan ibarətdir ki, biz daha 30 il mənasız danışıqlara vaxt sərf etmək niyyətində deyilik. Ya erməni əsilli vətəndaşlar tezliklə masaya oturub Azərbaycan qanunlarına tabe olduqlarını bəyan etməlidirlər, ya da nəzarətsiz bölgənin

Azərbaycanın nəzarətinə keçməsi üçün müvafiq addımlar atılmalıdır.  Bu bəyanat həm də, hərbi əməliyyatların başlanması ilə bağlı edilən xəbərdarlıqdır”.

 

Politoloq qeyd edib ki, son bir neçə gündür ki, Fransanın addımlarından, Rusiyanın bəyanatlandan həvəslənən separatçıların yeni ayaqlanmasının şahidi oluruq. O, bildirib ki, yolun kəsilməsi, mitinqin keçirilməsi, Azərbaycan əleyhinə bəyanatların səslənməsi və sair, deməyə əsas verir ki, artıq “dur” deməyin zamanı çatıb.

 

“Ayrı-ayrı dövlətlərin Azərbaycan əlehyinə bəyanatlarından ruhlanma nəticə etibarilə təxribatlara yol açır. Biz cəbhə bölgəsində, istər Naxçıvan, istər ayrı-ayrı istiqamətlərdə erməni təxribatlarının şahidi oluruq və bu gün bir hərbçimiz də yaralanıb. Biz bir az da gözləyib bu təxribatların daha da inkişaf etdirilməsi, böyük bir müharibəyə çevrilməmsi üçün konkret addımlar atmalıyıq. Bunun da başında antiteror əməliyyatlarının həyata keçirilməsi durur”.

 

Politoloq bildirib ki, dünyanın heç bir yerində öz ərazisində ayrı dövlətə məxsus qeyri- qanuni birləşmə olan ölkə buna seyrici münasibət bəsləmir. Azərbaycan da bu addımları atmaqdan geri çəkilməyəcək.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT