Ərdoğan Putinlə görüşünün təfərrüatını AÇIQLAYIB

06:37 05-09-2023 | icon 155 | Dünya
Ərdoğan Putinlə görüşünün təfərrüatını AÇIQLAYIB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatını açıqlayıb.

 

Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

O, qeyd edib ki, bu ilin yeddi ayında Türkiyəyə 3,5 milyon rusiyalı turist gəlib:

 

“Mən bu gün Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”.

 

Türkiyə Prezidenti onu da vurğulayıb ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib:

 

“Diqqət yetirdiyimiz məsələlərdən biri də Qara dəniz təşəbbüsünün canlandırılması idi. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşərək əhəmiyyətli irəliləyişləri ehtiva edən yeni təkliflər paketi hazırladıq.Türkiyə olaraq gözləntiləri qarşılayacaq bir həllə qısa zamanda çatacağımıza inanıram".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR