Özbəkistan televiziyası  bir verilişi Qarabağa həsr etdi

18:17 05-09-2023 | icon 171 | Qarabağ
Özbəkistan televiziyası  bir verilişi Qarabağa həsr etdi

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə bir qrup Özbəkistanlı KİV nümayəndəsinin növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər.

 

Versus.az -ın yerli mediaya əsasən xəbərinə görə, səfər çərçivəsində bir çox reportaj və verilişlər hazırlanıb.

 

Özbəkistan Dövlət Televiziyasının "Manbalar sözləşəndə" adlı verilişi Azərbaycanın 30 ildən sonra Ermənistan işğalından azad olunmuş Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunmuş veriliş yayımlayıb. Aparıcı - tanınmış jurnalist Dildora Həsənova olan televiziya verilişdə azad olunmuş Azərbaycan rayonlarında işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Azərbaycan dövləti tərəfindən reallaşdırılan yenidənqurma layihələri geniş işıqlandırılıb.

Verilişdə ilk öncə Ağdam şəhərinin erməni işğalı zamanı dağıdılmış hissəsi ilə bağlı görüntülür verilərək erməni vandalları tərəfindən xarabaya çevrilmiş şəhəri atom silahı tətbiq olunmuş Yaponiyanın Xirosima şəhərinə bənzədilib. Materialda şəhərdə vandallığa və təhqirə məruz qalmış tarixi və dini abidələr, Ağdam Cümə məscidinin vəziyyətinə nəzər salınmış, Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə bağlı məlumat verilmişdir. Televiziya layihəsində Azərbaycan dövləti tərəfindən şəhərin sürətlə müasir tələblərə cavab veriləcək şəkildə yenidən qurulması qeyd edilib.

Daha sonra verilişdə işğaldan azad olunmuş Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış kəndləri, tamamilə məhv edilmiş şəhərin mənzərəsi nümayiş etdirilir, işğalın dəhşətli nəticəsi heyrətlə qeyd edilib. Jurnalist reportaj hazırlayarkən təkcə binaların, infrastrukturun deyil, təbiətin də işğalçılar tərəfindən məhv edildiyini qeyd edir,  qarşılaşdığı mənzərənin nə qədər dəhşətli olduğunu vurğulayır.

Verilişdə yeni qurulmuş Füzuli Beynəlxalq Aeroportu, Özbəkistan dövlətinin vəsaiti hesabına tikilmiş Füzuli şəhər Mizrə Uluqbəy adına 1 saylı orta məktəb və Füzulidə görülən yenidənqurma, tikinti işləri ilə də bağlı ətraflı məlumat verilib.

Media-tur çərçivəsində Şuşa şəhərində olan jurnalist verilişində Şuşanın Azərbaycanın qədim şəhəri olduğunu vurğulayaraq bu diyarın Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi olduğunu qeyd edib. Şuşanın əsrarəngiz təbiətindən söz açan jurnalist D.Həsənova buranı dünyanın ən gözəl təbiətə malik bölgələrindən biri olduğunu söyləyib.

Media-turun növbəti günü Laçın şəhərinə səfər edən jurnalist şəhərdə Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, böyük qayıdışla bağlı geniş reportaj hazırlayıb.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hər il Özbəkistanın bir qrup aparıcı KİV nümayəndəsi Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfərlər edər və reportajlar, verilişlər, sənədli filmlər hazırlayırlar.

 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR