Separatçı rejimlə Paşinyanı "danışdıran" nədir?

18:47 05-09-2023 | icon 220 | Qarabağ
Separatçı rejimlə Paşinyanı "danışdıran" nədir?

Elxan Şahinoğlu: “İrəvanın və Qarabağdakı separatçıların “vaxt udmaq” taksikası nəticə verməyəcək”

 

Ermənistan və 44 günlük müharibədən sonra Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalan ərazilərdə gizlənən erməni separatçıları işğal, terror siyasətindən əl çəkmir. Bu gün erməni separatçılarının əli ilə Azərbaycan ərazilərində yaradılan gərginlik separatçı rejimə rəhbərlik iddiası ilə meydana çıxan Sarkisyan və Köçəryan iddialarının aktivləşməsi ilə də müşayət olunur. Azərbaycan torpaqlarına iddia edərək onu erməniləşdirməyə çalışan, Azərbaycan qanunlarına hörmətsiz, düşmən mövqeyini davam edən Ermənistan hakimiyyətinin addımlarının məqsədi bəlli, hansı nəticələrlə bağlı gözləntilərin olması birmənalıdır.

 

Qarabağda nə baş verir və separatçı rejimin liderlərinin ərazilərimizdə özbaşına hərəkətləri hansı addımların atılmasını tələb edir, nəyə yönəlikdir?

 

Bu istiqamətdə Versus.az-a şərh verən politoloq Elxan Şahinoğlu hesab edir ki, bu gün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə -Qarabağda separatçıların yaratdığı xaotik vəziyyətə diqqət çəkərək, hadisələrin Azərbaycan ərazisində baş verdiyini nəzərə alaraq, növbəti müdaxilə imkanlarını nəzərədən keçirməliyik. Ekspert belə bir gərgin fonda Nikol Paşinyanın yenə də ziddiyyətli açıqlamalar verməsini təsadüfi saymayıb:

 

“Paşinyan bir tərəfdən deyir ki, Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır, bir tərəfdən də Azərbaycanın daxili işlərinə qarışır, “status” almaq üçün ermənilərin təhlükəsizlik məsələni gündəmə gətirir, dialoqda beynəlxalq mexanizmlərin olmasının vacibliyini bildirir. Bütün bunların müqabilində Azərbaycan-Ermənistan danışıqlarında irəliləyiş əldə etmək çətin olacaq.  Ona görə də bu il sülh prosesinin imzalanması problematikdir. Hazırda Qarabağda separatçılar arasında xaotik vəziyyət hökm sürür. Separatçıların rəhbəri istefa verəndən sonra  müvəqqəti biri təyin edilsə də, liderlik postu uğrunda mübarizə gedir. Azərbaycan ərazilərində yığışıb qalan separatçıları arasında xaosun daha da dərinləşməsi, qarşıdurma yarada bilər. Ona görə də Azərbaycan öz sözünü deməlidir”.

 

E.Şahinoğlu digər bildirib ki, bir tərəfdən Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və Qarabağın onlar üçün hazırki ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirildiyini önə çəkib:

 

“Onlar hesab edirlər ki, nə qədər ki, Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı Qərbi Zəngəzuru da ələ keçirəcək. Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan Paşinyanın istefasını tələb etməsə də, baş nazirdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını geri götürməsini tələb edir. Erməni bildirib ki, başlarına gələn bəlalar Nikol Paşinyanın Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla bağlıdır. Oskanyan hesab edir ki, Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib.  Erməni radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər”.

 

Ekspert separatçıların reallığı anlamaq istəmədiyini önə çəkib:

 

“Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olursa-olsun Azərbaycan Qarabağın tamamını nəzarətə götürmək siyasətindən imtina edən deyil, geri gönüş mümkün deyil. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətini sifarişidir”.

 

E.Şahinoğlu ikinci Qarabağ müharibəsinin sentyabrda başlaması, iki il sonra yenə toqquşmanın, hər iki tərəfdən itkilərin olması, eyni ay və yenə sərhəddə atışmanın qeydə alınması proqnozlaşdırdığı kimi böyük toqquşmanın ola biləcəyi ehtimalını ortaya qoyub:

 

“Ermənistanın baş naziri Nikol Paşinyan məntiqlə sərhəddə gərginlik yaratmaqda maraqlı olmamalıdır, çünki növbəti toqquşma yenə onun xeyrinə olmayacaq və yeni itkilər onun hökumətini daha çox laxladacaq. Ancaq Nikol Paşinyanın məntiqi olsaydı, Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitməzdi. Paşinyan və onun nazirləri əksinə Qarabağ mövzusunu ön plana çıxarmaqla iki ölkə arasındakı gərginliyin artmasına şərait yaradıblar. Sərhəddəki son təxribatın başqa məqsədi də var. Azərbaycan Qarabağda qayda-qanun yaratmaq istəyində israrlıdır. İrəvan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevın Xankəndi yolunda diplomatlar qarşısında səsləndirdiyi “Qarabağda xaosa imkan verməyəcəyik” və “erməni separatçıları tərksilah olunmalıdır” açıqlamasını anti-terror əməliyyatının anonsu kimi oxuyublar. Doğru anlayıblar. Ermənistan Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq və təşəbbüsə yiyələnmək siyasətini önləmək üçün sərhəddə bizə problem yaratmağa başlayıb. Məqsədləri diqqəti Qarabağdakı xaosdan sərhəddə yönətlməkdir ki, Azərbaycan bölgədə əməliyyat planını təxirə salsın”.

 

E.Şahinoğlu hesab edir ki, Qarabağda əməliyyatların ləngiməsi, İrəvanın və Qarabağdakı separatçıların “vaxt udmaq” taksikası nəticə verməyəcək: 

 

“Hadisələr Azərbaycanın Qarabağın tamamını nəzarətə götürmək üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də durdura bilməyəcək. Eləcə də Araik Arutunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək. Onun “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək. Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR