Azərbaycanın ərzaq yardımı və erməni nankorluğu

18:51 05-09-2023 | icon 523 | Geopolitika
Azərbaycanın ərzaq yardımı və erməni nankorluğu

Natiq Cəfərli: “Separatçılar Azərbaycan qanunlarını və ölkəyə inteqrasiyanı qəbul etmirsə...”

  

Ermənistan və havadarlarının Azərbaycana qarşı təxribatçı addımları davam edir. Qarabağ separatçı rejimi ölkə daxilində özünə dövlət yaratmaq iddiası ilə bütün oyunlardan çıxır, ermənistan baş naziri Paşinyan özünün Azərbaycan qarşısında öhtəlikərini icra etmək əvəzinə, şərtlərlə çıxış edir.  Region üçün təhlükə olan Qarabağdakı erməni terror qrupunun-separatçıların ərazilərdən çıxarılması lə bağlı öhtəliklərini yada salmayan Ermənistan və havadarları indi də öz siyasətlərini erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı narhatlıq şousu üzərində qurub danışıqlar masasına şərtlərlə çıxmağa zəmin hazırlayırlar.  

 

Artıq xəbərlərə görə, Azərbaycanın öz ərazisindən keçərək 40 ton unu Qarabağda yaşayan erməni vərəndaşlarına aparmağa imkan verməyən separatçı rejim, Xankəndidə əhaliyə çörəyi talonla satmağa qərar verib. Adambaşı 200 qram çörək nəzərdə tutulur. Ermənilərin bu təxribatı beynəlxalq aləmi üstümüzə qaldırmaq üçün nə dərəcədə təsirli ola bilər.  Daha hansı addımları atmalıyıq ki, erməniləri düz yola gətirə bilək?

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən siyasi ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda yaşayan ermənilərə ərzaq yardımının “humanitar dəstək” adlandırılması doğru deyil. O hesab edir ki, dırnaqarası da olsa səslənən “humanitar yük” ifadəsi istər-istəməz ərazidə problemlərin olduğunu ifadə edir.

 

O, hesab edir ki, Azərbaycanın ermənilərə ərzaq yardımı göndərməsi  yaxşı düşünülüb. Əgər ermənilərin ərzağa ehtiyacı varsa və buna baxmayaraq göndərilən tonlarla unu götürmürlərsə onların problemi başqadır, izaholunmaz dərəcədə həddini aşmaqdır:

 

“Hələlik ermənilər düşünür ki, əgər yardımı götürəcəklərsə  bu, yeni münasibətlərin, inteqrasiya prosesinin bir elementinə çevrilə bilər”.

 

Ekspert bütün hallarda qeyd edib ki, əgər erməni separatçıları Azərbaycan qanunlarını və ölkəyə inteqrasiyanı qəbul etmir və müharibə ritorikasından əl çəkmirlərsə, təbii ki, bunun alternativ cavabları olacaq:

 

N.Cəfərli eyni zamanda bildirib ki,  Paşinyan Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsziliyinə zəmanətlə bağlı problemin olduğunu və o zəmanətin gələcəkdə sülh müqaviləsində əksini tapmasının vacibliyini qeyd edib. O zəmanəti isə Azərbaycan tərəfi verə bilər, Ermənistan isə beynəlxalq zəmanət müxanizmlərinin olmasında israrlıdır. Ekspert erməni iddialarının  Azərbaycan konstitusiyasına zidd, qəbuledilməz hesab edib:

 

“Qarabağda yaşayan erməni əsilli vətəndaşların inteqrasiyası ilə bağlı hökumətin  tezisləri, proqramı olmalı və bu, elan edilməlidir ki, kənardan hər hansı bir “məsləhətlərə” ehtiyacımız qalmasın”.

 

Ekspert bu gün don vurmuş sülh danışıqlarının payızda açılacağını deyib:

 

“Oktyabr ayında Avropada Azərbaycan-Ermənistan rəsmilərinin görüşü nəzərədə tutulub.  İndi top erməni tərəfdədir. Çünki Azərbaycan tərəfi qarşılıqlı ərazi bütövlüyüyün tanınmasına hazır olduğunu bəyan edib. Ermənistan tərəfi də bunu bəyan edib, amma imzalamaqdan qaçır. Ona görə də yaxın gələcəkdə təmasların intensivləşməsi mümkündür.  Amma istənilən halda Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi  daha güclüdür”.

  

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR