Məktəbə şagirdlərin əvəzinə robotlar göndərilə bilər

09:08 07-09-2023 | icon 224 | Maraqlı
Məktəbə şagirdlərin əvəzinə robotlar göndərilə bilər

Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davamiyyətsizlik və zorakılığa qarşı mübarizə çərçivəsində şagirdlərin əvəzinə siniflərə robotların göndərilməsini təklif edib.

 

Noyabr ayından etibarən hündürlüyü bir metrdən çox olmayan özüyeriyən robotların təhsil müəssisələrinə göndərilməsi təklif olunub.

 

Məlumata görə, robot müstəqil şəkildə sinifdən-sinifə keçəcək və şagird özü onu uzaqdan idarə edəcək.

 

Bildirilir ki, şagirdlərin idarə etdiyi robotlardan istifadə ideyası ölkə hakimiyyətinin məktəbdən yayınma hallarının sayının artması ilə bağlı narahatlığı fonunda yaranıb. Həmçinin, məktəblilər həmyaşıdları tərəfindən təqib və təhqirlərə məruz qaldıqları üçün belə addım atılması təklif olunub.

 

“Bu robotlarla ünsiyyət tamamilə real deyil, lakin bu, hələ də özünə inamı olmayan və başqaları ilə ünsiyyətdən qorxan uşaqlara müəyyən reallıq hissi verə bilər. Ümid edirik ki, bu, həmin uşaqlara qorxularının öhdəsindən gəlməyə kömək edəcək”, - deyə şəhər sözçüsü Maki Yoşizato bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq