Avtomobil almaq üçün ilin ən yaxşı ayları

09:15 08-09-2023 | icon 302 | İqtisadiyyat
Avtomobil almaq üçün ilin ən yaxşı ayları

“Avtomobil bazarının, təbii ki, öz mövsümiliyi var. Üstəlik, avtomobilin təzə və ya ikinci əl alınması üçün də dövrlərin münasibliyi fərqlənir”.

 

Bu barədə rusiyalı avtomobil mütəxəssisi Maksim Zaqorski avtomobil almaq üçün ilin ən yaxşı vaxtı barədə danışarkən qeyd edib.

 

Ekspertin fikrincə, həm birinci, həm də ikinci əl avtomobillər üçün yayın başlanğıcı ən münasib vaxtdır:

 

“Məsələ burasındadır ki, insanlar istirahətə gedirlər, avtosalonlara gedənlərin sayı azalır. Satıcılar satış hədəflərinə çatmaq üçün əhəmiyyətli endirimlər təklif edirlər”.

 

O bildirib ki, avqust və sentyabr ayları isə, əksinə, avtomobil alarkən pula qənaət etmək üçün sərfəli aylar deyil:

 

“Çünki insanlar tətildən qayıdır və iş, yaxud məktəb səfərləri üçün aktiv şəkildə nəqliyyat vasitələri axtarmağa başlayırlar”.

 

Zaqorski bildirib ki, təzə avtomobil almaq üçün ən yaxşı vaxt ilin sonu, xüsusən də dekabrdır:

 

“Bu zaman avtomobillərə tələbat o qədər də yüksək olmur, çünki insanlar öz işləri ilə məşğuldurlar və bayrama hazırlaşırlar. Dilerlər isə illik satış hədəfini yerinə yetirməyə çalışırlar, bu da o deməkdir ki, onlar əhəmiyyətli endirimlər təklif etməyə hazırdırlar”.

 

Ekspertin sözlərinə görə ikinci əl maşın bazarında vəziyyət bir qədər mürəkkəbdir:

 

“Payızın ortalarından ilin sonuna qədər aşağı qiymətlərlə yaxşı seçimlər tapa bilərsiniz. Avtomobillərini satmaq istəyən bir çox avtomobil həvəskarları bunu avtosalonlarda Yeni il endirimləri başlamamışdan əvvəl edirlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122