Zəka sahibləri Avropa çempionatında

10:33 13-09-2023 | icon 243 | İdman
Zəka sahibləri Avropa çempionatında

Yeniyetmə idmançılarımız Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə Avropa Çempionatında Azərbaycanı qürurla təmsil edirlər.

 

Rumıniyanın Mamaya şəhərində keçirilən Şahmat üzrə Yeniyetmələr arasında Avropa Çempionatında 8 zəka sahibimiz - Cansu Əlizadə, Cavad Abbassoy, Məryəm Məmmədova, Ömər Oruczadə, Rəna Ağamirzəyeva, Cəmaləddin Maqsudsoy, Aişə Əliyeva, Məhəmməd Bağırov iştirak edirlər.

 

Sözügedən şahmatçılar iyul ayında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, həmçinin Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “LANDAU School”un “Sea Breeze” korpusunda keçirilmiş Yeniyetmələr arasında ikinci LANDAU Şahmat Festivalının fərqli kateqoriyalar üzrə (8, 10, 12 və 14 yaşadək oğlanlar və qızlar arasında) qalibləri olublar və “LANDAU School”un tam dəstəyi ilə Avropa Çempionatında iştirak etmək şansı əldə etmişdilər.

 

“LANDAU School” Azərbaycan idmanının inkişafı üçün daim öz töhfələrini verir, həmçinin bu istiqamətdə silsilə tədbirlər keçirilir. Bu il baş tutmuş Yeniyetmələr arasında ikinci LANDAU Şahmat Festivalı da bu növ tədbirlərdən sadəcə biridir.

 

Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlamış “LANDAU School” Azərbaycanda müasir tədris təcrübəsinə uyğun metodoloji yenilikləri tətbiq etməklə, təhsil sahəsində özünəməxsus mövqeyə sahib olan özəl orta məktəbdir. Hazırda 3000-dən çox şagirdin təhsil aldığı və Qafqazın ən böyük özəl məktəblərindən biri olan “LANDAU School”da tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

 

“LANDAU Education Group”a ən böyük layihəsi olan “LANDAU School” ilə yanaşı, “LANDAU Kindergarten” (uşaq bağçası), “LANDAU PreSchool” (məktəbəqədər təhsil müəssisəsi), “LANDAU Evening School” (“LANDAU School”a və digər özəl orta məktəblərə qəbul üçün hazırlıq kursları), “LANDAU Academy” (müəllimlər üçün ixtisasartırma kursları), “Leo Kids” (uşaqlar üçün özünüinkişaf mərkəzi), “Leznik & Co.” (universitetlərə hazırlıq kursları və xaricdə təhsil xidməti), “Nine Senses” (incəsənət mərkəzi) layihələri də daxildir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM