Braziliya son dəqiqədə sevindi
Braziliya və Argentina milli komandaları 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.
Versus.Az xəbər verir ki, son dünya çempionu olan “gümüşülər” Boliviyanın qonağı olublar. Qarşılaşma Argentinanın böyükhesablı qələbəsi ilə başa çatıb - 0:3. Qolları 31-ci dəqiqədə Entso Fernandes, 42-ci dəqiqədə Nikolas Talyafiko və 83-cü dəqiqədə Nikolas Qonsales vurublar.
Braziliya isə rəqib meydanında Perunu minimal hesabla üstələyib - 1:0. “Sambaçılar”ın qələbə qolunu 90-cı dəqiqədə Markinyoş vurub.
Xəbər lenti
Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır