İmkansız ailələrin uşaqlarına pulsuz məktəbli formaları?

11:39 13-09-2023 | icon 212 | Təhsil
İmkansız ailələrin uşaqlarına pulsuz məktəbli formaları?

Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib ki, ailənin sosial durumu zəifdirsə, məktəbli formasını əldə etmək üçün təhsil ocaqlarının rəhbərliyinə müraciət etsinlər:

 

“Direktorların köməyi ilə nazirliyin tərəfdaşları olan korporativ şirkətlər həmin ailələrə kömək olarlar”.

 

Bəs şirkətlər tərəfindən sosial durumu zəif olan ailələrə forma yardımı edilir? Direktorlar bununla bağlı korporativ şirkətlərə müraciət ediblərmi?

 

 

Məsələ barədə məktəbli formasının satışı ilə məşğul olan şirkətlərlə əlaqə saxladıq. 

 

Yalnız bir neçə şirkət ünvanladığımız suallara cavab verib. 

 

“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov açıqlamasında bildirib ki, müəssisə özəldir və bank krediti ilə işləyir:

 

“Bizim imkanımız Bakı şəhərində sosial vəziyyəti aşağı olan hər kəsi forma ilə təmin etmək gücündə deyil. ASC Nəsimi rayon ərazisində yerləşir və burada yaşayan o cür ailələrə kömək edirik. Nəsimi Rayon İcra Hakimiyyətinin siyahısında olan şəhid, qazı və imkanı zəif olan ailələrin uşaqlarına 72 dəst məktəbli formaları vermişik.

 

 

Eyni zamanda, ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının müraciətlərinə əsasən, bu il 11 dəst məktəb formasını pulsuz olaraq, imkansız ailələrə paylamışıq”.

 

Məktəbli formalarının satışı ilə məşğul olan mağazanın təmsilçisi Ruzbek Müqaddami isə açıqlamasında deyir ki, sözügedən məsələyə millətimiz çox həssasdır:

 

“İmkanı olan vətəndaşlar bizim mağazadan forma alıb, sosial vəziyyəti zəif olan ailələrə təqdim edirlər. Bizim mağaza tərəfindən də, bu cür ailələrə köməklik edilir”.

 

 

R.Müqaddami əlavə edib ki, məktəb direktorlarından onlara belə bir təşəbbüs gəlməyib.

 

“Bakı Tekstil Fabriki”nin (“BTF”) icraçı direktoru Elçin Babayev isə  saytımıza açıqlamasında bildirib ki, sosial durumu zəif olan ailələrə kömək edilir:

 

 

“Biz sosial vəziyyəti zəif olanlara dəstək oluruq. Bu, həssas məqamdır. Şəhid, qazı və maddi vəziyyəti zəif olan ailələrin övladına məktəbli formaları təqdim edirik”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq