Ərzaq ucuzlaşacaq?

12:20 13-09-2023 | icon 403 | İqtisadiyyat
Ərzaq ucuzlaşacaq?

Cari ilin avqust ayında istehlak inflyasiyası 12 faiz aşağı düşüb. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı son məlumatda, avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, ötən ilin avqust ayına nisbətən isə 108 faiz təşkil etdiyi göstərilib.

 

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 99,1 faiz, 2022-ci ilin avqust ayına nisbətən 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100%, əvvəlki ilin avqust ayına nisbətən 108,3% təşkil edib.

 

Avqustda əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Bu statistika əsasında yeni suallar ortaya çıxır:

 

Qiymət artımlarının tempi aşağı düşməkdə davam edəcəkmi? Qonşu dövlətlərlə müqayisədə, Azərbaycanda inflyasiya hansı həddədir və bu, necə tənzimlənir?

 

“Bu enmə müvəqqəti xarakter daşıyır. Ola bilsin ki, mövsümi xarakter daşıyan məhsullara tələb azaldığı üçün qiymətlər ucuzlaşa bilər. Əvvəlcə qiymətlər 25-30 faiz bahalaşır, sonra bunun nisbətində 12 faiz ucuzlaşırsa, bu o demək deyil ki, enmələr bundan sonra da davam edəcək. Bir sözlə, qiymət artımları bizdən asılı deyil”.

 

Bu fikirləri Bizim.media-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn səsləndirib.

 

Onun sözlərinə görə, ətrafımızda baş verən proseslər inflyasiyanı şiddətləndirən hallardır:

 

“Əsasən də Azərbaycanla böyük ticarət əlaqələrinə malik Rusiyada və Türkiyədə valyutaların dəyərdən düşməsi və Rusiya-Ukrayna müharibəsi səbəbindən qiymət artımları zaman keçdikcə daha kəskin xarakter alacaq və uzun müddət davam edəcək, ölkəmizdə baş verən artımlar növbəti illərdə də qaçılmaz olacaq. Qarşısını almaq isə mümkün deyil. Bunların qarşısını almaq ölkəmizə təsirlərini minimuma endirmək üçün daxili istehsal gücümüzü artırımalıyıq”.

 

Azərbaycandakı inflyasiyanı Türkiyədə və Rusiyada baş verən proseslərlə əlaqələndirən ekspert bildirib ki, qardaş ölkənin milli valyutasında bir neçə həftədir nisbi sabitlik olub:

 

“Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 30 faizə qədər qaldırdıqdan sonra lirə bir qədər sabitləşdi. Ümumiyyətlə, bu ölkədə qiymətlər sabit deyil və səhər tezdən bir qiymət, axşam isə başqa bir qiymət müəyyən edilir. Rusiyada isə sanksiyalar səbəbindən rublun vəziyyəti elə də ürəkaçan deyil və tez-tez qiymət dəyişikliyi baş verir. Azərbaycanda isə belə deyil və qiymətlər baha olsa da, sabit qalır. Bu ölkələrlə müqayisədə 12 faizlik inflyasiya normaldır”.

 

Azərbaycan Mərkəzi Bankının son uçot dərəcəsini 11 faizdən bir qədər aşağı səviyyədə saxladığını deyən ekspert, bunun istehsalda müəyyən nəticələrinin olduğunu bildirib:

 

“Əsasən də kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən artımlar nəzərə çarpmaqdadır. Ölkəmizin tələbatın müəyyən hissəsini daxili istehsal hesabına ödədiyimizə görə, inflyasiya elə də çox təsir etmir. Bu gün neftin qiymətində də sabitlik, həm də neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda ölkəyə daxil olan gəlirlər səbəbindən manat dəyərini sabit saxlayır və mövqeyini daha da gücləndirir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...