500-cü məktəb istifadəyə verildi

12:36 15-09-2023 | icon 164 | Təhsil
500-cü məktəb istifadəyə verildi

Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verilib.

 

Versus.az xəbər verir ki, yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib.

 

Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunub.

 

Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib.

 

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məktəbdə yaradılan şəraitlə tanış olublar.

 

Anar Ələkbərov şagirdlər və valideynlərlə görüşüb, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb, yeni məktəb binasında şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait yaradıldığını bildirib. O, şagirdlərə yaradılan bu şəraitdən istifadə edərək, yaxşı oxumağı tövsiyə edib.

 

1975-ci ildə inşa olunan Göylər kənd 1 saylı tam orta məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə yanvar ayından başlanan tikinti işləri nəticəsində 624 şagird yerlik yeni məktəb binası inşa olunub. Üç mərtəbəli 4 korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı, uşaqların fiziki cəhətdən sağlam böyüməsi və idmana həvəsləndirməsi üçün məktəbin daxilində idman zalı, həyətyanı ərazidə açıq idman meydançası qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

24 saatın NƏTİCƏLƏRİ

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

İşcilərin 70 faizi müqaviləsiz işləyir

44 günlük müharibədə olduğu kimi...

Tibb sahəsində qanunsuz fəaliyyətlə məşğul olanların NƏZƏRİNƏ

Ermənistanın Qarabağdakı hərbi kolonlarına dağıdıcı ATƏŞ ZƏRBƏLƏRİ

Bu bağçalar LƏĞV EDİLDİ

Yeddi mindən çox erməni TƏXLİYƏ EDİLİB

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU