Məşhur müğənni ağır vəziyyətdədir
Rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
İlkin müayinədən sonra ifaçının ürəyində problem müəyyən olunub və o, reanimasiya şöbəsinə köçürülüb.
Həkimlər Nikolayevin vəziyyətini ağır kimi qiymətləndirirlər. Tibb işçilərinin sözlərinə görə, əməliyyat barədə qərarlarını hərtərəfli müayinədən sonra açıqlayacaqlar.
Qeyd edək ki, müğənninin səhhətində yanvar ayında da ciddi problem olmuşdu. Həmin vaxt təcili xəstəxanaya aparılan ifaçının ürəyinə iki stent qoyulmuşdu.
Xəbər lenti
Anar Məmmədli SAXLANILDI
Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri araşdırılır