Bir gecədə yeddi polisimizi itirdik

13:52 19-09-2023 | icon 618 | Müharibə
Bir gecədə yeddi polisimizi itirdik

Bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə Azərbaycanın yeddi polis əməkdaşı həlak olub, daha altısı yaralanıb.

 

Versus.Az xəbər verir ki, gecə saat 1 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə Daxili İşlər Nazirliyinin (DİN) üç əməkdaşı - polis serjantı Elşən Həsənov, polis serjantı Seyfi Abdullayev və polis serjantı Ələsgər Əsgərov hadisə yerində həyatını itirib, altı əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı həlak olub. Saat 4:30 radələrində DİN-in əməkdaşlarının olduğu “KamAZ” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları - 05.02.1994-cü il təvəllüdlü Asim Knyaz oğlu Camalzadə, 08.07.1987-ci təvəllüdlü Ramil Arif oğlu Şirinov, 12.07.1991-ci il təvəllüdlü Seymur Elsevər oğlu Mahmudov və 21.07.1998-ci il təvəllüdlü Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olublar.

 

Beləliklə, baş vermiş qəzada üç, terrorda dörd nəfər olmaqla, ümumilikdə yeddi polis əməkdaşı həlak olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR