“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

11:45 20-09-2023 | icon 479 | Siyasət
“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

Hafiz Hacıyev: “Ermənilərə bu qədər humanistlik göstərdik, vaxt verdik, bəsləridir”

 

"Erməni separatçıların gəlib bizim tarixi torpaqlarımızda bu cür at oynatmalarının gec-tez qarşısı alınmalı idi. Bu baxımdan Azərbaycanın lokal xarakterli antiterror əməliyyatına başlamasını təqdirəlayiq sayıram və partiya olaraq da, vətəndaş olaraq da Prezidentimizin, Ali Baş Komandanımızın yanındayıq”.

 

Versus.Az xəbər verir ki, bunu Qarabağda mina təxribatını dayandırmayan separatçılara qarşı antiterror əməliyyatına başlanması ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri vurğulyıb ki, ermənilər artıq çoxdan idi ki, təxribatlar törətmək üçün Xankəndidə hazırlıqlara başlamışdılar və nəticə etibarı ilə də hücuma mina təxribatlarından başladılar:

 

“Bütün bunlar göstərir ki, Qarabağdakı ermənilər Azərbaycanın qanunlarına tabe olmurlar. Cənab Prezident İlham Əliyev isə bütün rəsmi çıxışlarında bəyan edirdi ki, Qarabağdakı erməni əsilli vətəndaşlarımız ya Azərbaycan qanunları ilə yaşayacaqlar, buna razılaşmadıqları halda isə yol açıqdır, gedə bilərlər. Bu dığalar isə nə şərtimizlə razılaşırlar, nə də rədd olub getmirlər, əvəzində bu cür terrorlar törədirlər. Təbii ki, Azərbaycan tərəfin də bir səbr kasası var, durub insanlarımızın təxribat qurbanları olmasını seyr etmiyəcəkdik ki. Separatçıların cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatmışdı”.

 

H.Hacıyev qeyd etdi ki, Müasir Müsavat Partiyası olaraq antiterror əməliyyatını dəstəkləyirlər:

 

“Partiya daxilində tədbirlər keçirdik, müzakirələr apardıq, qərara aldıq ki, lazım olduğu halda antiterror əməliyyatlarına hərhansı formada dəstəyimiz, qatqımız olsun. Hesab edirik ki, separatçıların bu oyunlarına birdəfəlik son qoyulalıdır. Qarabağın qondarma rəhbərliyi həbsedilməlidir, Xankəndidə Azərbaycanın qanunlarına, şərtlərinə tabe olmayan bir nəfər də erməni qalmamalıdır. Buna görə də başladığımız antiterror əməliyyatı axıradək, yəni ermənilər silahları yerə qoyanadək davam etməlidir. Bir partiya sədri olaraq Qarabağdakı erməni əsilli vətəndaşlarımıza üzümü tutub deyirəm ki, bizimlə Azərbaycanın qanunları ilə yaşamaq istəyirlərsə, etirazımız yoxdur, amma imkan verə bilmərik ki, bizim torpağımızda çirkin əməlləriylə at oynatsınlar”.

 

H.Hacıyev bildirdi ki, Xankəndidə tezliklə Azərbaycan bayrağı dalğalanmalı, oraya Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməlidir:

 

“Ermənilərə bu qədər humanistlik göstərdik, vaxt verdik ki, Azərbaycanın qanunlarına tabe olsunlar. Amma separatçılar bunlara imkan vermədilər. Bu baxımdan antiterror əməliyyatımız düzgün və son addımdır. Hələ mən deyərdim ki, bu addımı atmağa gecikdik. Yenə də olsun, əsas budur bu məsələləri tezliklə həll edək. Ardınca da Qarabağdakı rus sülhməramlılarını oradan çıxaraq”.

 

H.Hacıyev vurğuladı ki, daxilimizdəki qaraguruhçuların, ümumiyyətlə kimin nə deməsindən asılı olmayaraq, hər zaman Ali Baş Komandanımızın yanındadır, bu gün də bir əsgər kimi onun yanında getməyə hazırdır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK