Separatçılar təslim olmağı MÜZAKİRƏ EDİRLƏR

13:02 20-09-2023 | icon 1206 | Müharibə
Separatçılar təslim olmağı MÜZAKİRƏ EDİRLƏR

Azərbaycan Ordusunun Qarabağdakı erməni separatçılarına qarşı apardığı antiterror tədbirləri Xankəndi və ətraf ərazilərdə məskunlaşmış terrorçuları çətin vəziyyətə salıb.



Ermənistan KİV-nin xəbərlərində bildirilir ki, separatçıların başçısı Samvel Şahramanyan bu gün qondarma rejimin “təhlükəsizlik şurası”nın iclasını keçirib.

 

O, yaranmış vəziyyət, mümkün çıxış yollar haqda danışıb.



S.Şahramanyan qeyd edib ki, yaranmış vəziyyət və onun aradan qaldırılması ilə bağlı beynəlxalq aktorların reaksiyası adekvat deyil və heç bir əməli addım atılmır. S.Şahramanyan mülki ermənilərin təhlükəsizliyinin prioritet olduğunu əsas gətirərək, buna müvafiq addımlar atmağa məcbur olacaqlarını söyləyib.



Bu arada Qarabağ separatçılarının “rəhbərliyində” təmsil olunmuş “keçmiş müşavir” Artak Beqlaryan da müraciət yayıb. O, separatçıların başçılarını çox tez və cəsarətli qərar qəbul etmyə və nə qədər çətin olsa da, bunu xalqa açıq şəkildə təqdim etməyə çağırıb.



“Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə uğurlu irəliləyişi davam edir. Zaman bizim əleyhimizə işləyir, çünki heç bir beynəlxalq aktorun, o cümlədən Rusiya və Amerika tərəfinin müharibəni dayandırmaq istəmədiyi göz qabağındadır”, - deyə Beqlaryan həyəcanını gizlətməyib.



“Tamamilə mühasirədəyik və tək qaldıq, hətta ana Ermənistan da bu mübarizədə bizi tərk etdi. Belə aşkar çıxılmaz vəziyyətdə əsas prioritet insan həyatının xilas edilməsi olmalıdır” deyən A.Beqlaryan Azərbaycanla danışıqlara getməyin tərəfdarı olduğunu vurğulayıb.



“Qoy heç kim, xüsusən də “Artsax”dan kənardakılar mənə vətənpərvərlik dərsi keçməyə çalışmasın”, - Artak Beqlaryan sonda bildirib.



Xatırladaq ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası separatçıları silahın yerə qoymağa və tərksilah olunmağa çağırıb. Rəsmi Bakı yalnız bu lada antiterror tədbirlərinin dayandırılacağını bəyan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR