“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

13:38 20-09-2023 | icon 520 | Siyasət
“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

Könül İsmayılova: “Azərbaycan Ordusu sözünü 44 günlük müharibədə deyib, görünür ermənilərə bəs etməyibmiş”

 

“Bu gün diqqətlər Qarabağ iqtisadi zonasına yönəlib. Bu gün Azərbaycanın səbrinin daşdığı vaxtdır. Bu gün dünya görür ki, Azərbaycan nə qədər humanist olsa da bunun müsbət qarşılığı olmadıqda, bu humanistlik dəyərləndirilmədikdə nəticələri ağır olur. Hazırda Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri davam edir”.

 

Versus.Az xəbər verir ki, bunu Qarabağdakı mövcud vəziyyətlə bağlı açıqlamsında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Siyasətçi xanım vurğulayıb ki, Qarabağ iqtisadi zonasında gərginliyin yaranmasına Ermənistanın silahlı qüvvələri səbəb olub və ermənilər bunun nəticəsini ağır ödəyirlər:

 

“Qarabağdakı separatçı qüvvələr özləri öz insanlarının həyatlarını təhlükəyə atırlar. İmkan vermirlər ki, erməni əsilli vətəndaşlarımız Azərbaycanın qanunları ilə yaşamağı seçsinlər. Özləri məqsədli şəkildə təxribatlar törədir, Azərbaycanı antiterror əməliyyatları keçirmək məcburiyyətində qoyur, sonra da vayşüvənlik edirlər ki, qoymayın, bizi öldürürlər. Onların bu addımları himayədarları üçün keçərli ola bilər, Azərbaycan və baş verənlərə düzgün qiymət verən ölkələr üçün isə keçərsizdir. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri dəfələrlə, ardıcıl şəkildə ordumuzun mövqelərinin atəşə tuturlar, dayanmadan ərazilərimizi minalayırlar. Bunlar yetmirmiş kimi səngər və sığınacaqlar da qururlar. O cılız beyinləri ilə hesab edirlər ki, tarixi torpaqlarımıza yenidən əl qoya biləcəklər. Unudurlar ki, Azərbaycan hər sahədə Ermənistandan üstündür, hər sahədə əməkdaşlıq qurduğu ölkələr də çoxdur, Azərbaycanı bu münaqişədə dəstəkləyən dövlətlər də kifayət qədərdir. Bu üstünlüklərə malik olan Azərbaycanın qarşısında heç nə edə bilməzlər, necə ki, hazırda çabalaya-çabalaya qalıblar. Azərbaycan Ordusu sözünü 44 günlük müharibədə deyib, görünür ermənilərə bəs etməyib”.

 

K.İsmayılova qeyd etdi ki, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinə başlaması artıq şərt oldu:

 

“Ermənistan silahlı qüvvələrinin birləşmələri tərksilah edilərək ərazilərimizdən çıxarılacaq, onların hərbi infrastrukturu zərərsizləşdiriləcək, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyi təmin olunacaq. Təbii ki, bütün bunlara artıq lokal xarakterli antiterror tədbirləri ilə nail olacağıq. Azərbaycanın peşəkar ordusu var, yenilməz, qalib Ali Baş Komandanı və onun ətrafında yumruq kimi birləşən xalqı var. Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər ki, bu da ölkə başçısına inamın, etibarın təzahürü kimi qəbul edilir. Təbii ki, həmişə olduğu kimi öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalan üç partiyadan - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası - başqa. Bu partiyaların rəhbərləri həmin Bəyanata imza atmamaqla bir daha öz xain xislətlərini nümayiş etdirmiş oldular”.

 

Könül xanım bildirdi ki, proseslərin gedişindən məlum olduğu kimi, artıq separatçıların bütün planları pozulub. Artsax ordusu gorbagor oldu:

 

“Düşmən ağ bayrağını qaldırıb. Bu o deməkdir ki, çox yaxın zamanlarda Xankəndidə də Azərbaycan bayrağımız dalğalanacaq. 44 günlük müharibədə Azərbaycan ordusunun qarşısında duruş gətirməyən Ermənistanın Qarabağdakı tullantıları antiterror əməliyyatımızın qarşısında nə edə bilərdi ki?

Var olsun Azərbaycan Ordusu, var olsun Ali Baş Komandanımız, var olsun dövlətimiz!”

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR