"Dinc sakin"lərin arxasında gizlənən TERRORÇULAR
Nəsimi Məmmədli: “Terrorçular Ermənistan hökumətinin cinayətini təkrarlayırlar”
“Azərbaycan ordusu 44 günlük müharibədə olduğu kimi yenə də yalnız terror yuvalarını, hərbi hədəfləri dağıdır”.
Versus.az xəbər verir ki, bunu siyasi təhlilçi Nəsimi Məmmədli Xocavənddə erməni terroruna qarşı hansı addımların atılması, başlanan hərbi əməliyyatlarla bağlı açıqlamasında bildirib.
Hazırda bölgədə olan N.Məmmədli qeyd edib ki, "dinc sakin"lərin arxasında gizlənən terrorçular Ermənistan hökumətinin cinayətini təkrarlayır. Əhalimizin sıx məskunlaşdığı ərazilərə mərmi yağdırır:
"Bu məxluqları-terrorçuları torpaqlarımızdan əbədi təmizləyəcəyik. ABŞ-Ermənistan hərbi təlimləri davam edir. Nə Rusiya nə də İran hərəkət edə bilmir. Ermənistanda seçki yekunlaşdı. Rusiya Ermənistan münasibətlərində gərginlik davam edir. Qarabağdakı silahlılar təxribatları artırıb. Belə bir vaxtda Azərbaycan öz ərazilərində suveren haqlarını bərpa etmək üçün ən doğru olan addımı atıb. Məqsədimiz silahlı qrupları zərərsizləşdirmək, yerli dinc sakinləri separatçıların girovluğundan azad etmək, reinteqrasiya prosesinə başlamaqdır. Ordumuzun xüsusi təyinatlı hissələri ən müasir silahlarla yalnız legitim hərbi hədəfləri vurur”.
TAHİRƏ
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"