“4 kəndin qaytarılması faktı Qərbin bu niyyətlərini də gözündə qoydu”

19:24 20-04-2024 | icon 169 | Siyasət
“4 kəndin qaytarılması faktı Qərbin bu niyyətlərini də gözündə qoydu”

Rəşad Bayramov: "Tərəflər kənar müdaxiləsiz müsbət nəticənin mümkünlüyünü ortaya qoydu"

 

“Qazağın anklav olmayan 4 kəndinin hər hansı qarşıdurma və güllə atılmadan qaytarılması Azərbaycanın hərbi gücünün göstəricisidir. Ermənistan Azərbaycanın gücünü hiss etməsəydi həmin kəndlərin danışıqlar yolu ilə qaytarılmasından imtina edərdi”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov 4 kəndin qayratılması ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq Ermənistanın danışıqlardan yayınmaq üçün bir sıra təxribatçı addımlara əl atdığını qeyd edib. Bildirib ki, Ermənistan Azərbaycanın sərhəd boyunca təxribatlar törədib qarşıdurma yaratmağa və danışıqlardan yayınmaq üçün bəhanə axtarmağa səylər göstərdi:


“Amma Azərbaycan həmin təxribatlardan yan keçib, ərazilərin danışıqlar yolu ilə qaytarılmasına nail ola bildi. Əsas məqam odur ki, tərəflər kənar müdaxilə olmadan daha tez müsbət nəticəyə nail oluna biləcəyini ortaya qoydu. Azərbaycanın təklif etdiyi kimi danışıqlar yalnız Azərbaycanla Ermənistan arasında keçirilirdi. Digər tərəfdən, Brüssel görüşündən sonra Qərb Azərbaycan Ermənistan arasında yeni gərginlik yaratmaq və bu fonda öz maraqlarını təmin etmək üçün maraqlı idi. 4 kəndin qaytarılması faktı Qərbin bu niyyətlərini də gözündə qoydu”.

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq