MMP-nin artıq Xankəndi şəhər təşkilatı yaradılır
Hafiz Hacıyev: “Xankəndi tədricən separatçı tör-töküntüsündən təmizlənəcək”
“Gözlədiyimiz kimi, Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı lokal antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi. Separatçıların məskunlaşdığı Xankəndinin tədricən düşmən tör-töküntülərindən təmizlənəcəyinə, şəhərdə Azərbaycan Konstitusiyasına uyğun idarəetmənin təmin olunacağına bu gün ümidim daha yüksəkdir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri Azərbaycan xalqına gözaydınlığı verib, sevincini paylaşıb:
“Bayrağımızın Xankəndidə, Ağdərədə və digər işğal altında qalan ərazilərimizdə dalğalanacağı demək olar ki, an məsələsidir. Biz Müasir Müsavat Partiyası olaraq bundan sonra da Ali Baş Komandanın verdiyi məsələhətə uyğun davranmağa hazırıq. Amma düşmən yenə də düşməndir. Ağ bayraq qaldırsalar da, bayrağımız Xankəndidə dalğalansa da, onlar məkirli niyyətlərini həyata keçirmək üçün hər an fürsət güdəcəklər. Odur ki, necə deyərlər, “itlə dostluq et, amma çomağını yerə qoyma” prinsipini əsas götürməliyik. Ermənistana bundan sonra fürsət verməməliyik ki, Azərbaycanın daxili işlərinə qarışsın, Qarabağdakı erməni əsilli vətəndaşlarımızı təxribata sürükləsin. Bu baxımdan Xankəndiyə rəhbər göndəriləcək şəxs də elə insan olmalıdır ki, dünyanın diqqətini Azərbaycanın orada apardığı işlərə çəkməyi bacarsın”.
MMP sədri partiya olaraq bu qələbəmizi də qeyd etdiklərini vurğulayıb:
“Sevincimizin həddi-hüdudu yoxdur. Artıq partiyamızın Xankəndi təşkilatının yaradılması istiqamətində hazırlıq işlərinə başladıq.
Mən bir daha Ali Baş Komandamızı, Ordumuzu, xalqımızı təbrik edirəm. Daha böyük qələbələrə doğru irəli!”
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"