Ohanyan təşvişə düşdü

13:15 22-09-2023 | icon 378 | Dünya
Ohanyan təşvişə düşdü

"Azərbaycanın təqdim etdiyi siyahıda mən də varam"

 

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təhvil verilməsi üçün təqdim etdiyi cinayətkarların siyahısında özünün də ola biləcəyini açıqlayıb.

 

Versus.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.

 

“Azərbaycan tərəfi Qarabağdakı bəzi şəxslərin təhvil verilməsi ilə bağlı siyahı təqdim edib. Yəqin ki, o siyahıda mən də ola bilərəm", - o deyib.

 

Ohanyan vurğulayıb ki, Qarabağın erməni nümayəndələri bu barədə danışıqlar aparacaqlar.

 

Ermənistanın “Hraparak” nəşri bir neçə gün öncə yazıb ki, Azərbaycan tərəfi ağır cinayətlərdə ittiham olunan bir qrup separatçının siyahısını hazırlayaraq Xankəndiyə - Qarabağ ermənilərinin nümayəndələrinə göndərib. Rəsmi Bakı siyahıda adları qeyd olunan şəxslərin humanitar dəhliz qarşısında Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edib. Qeyd edilir ki, “qara siyahı”ya qondarma “Artsaxın liderləri”, Xankəndidəki xuntanın qurulmasında xüsusi rol oynamış şəxslər, habelə bəzi hərbçilər daxildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

"Bu üç ölkə bir yerdədirsə..."

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA