Bazar günü tarixi hadisə yaşanacaq

17:34 22-09-2023 | icon 386 | Maraqlı
Bazar günü tarixi hadisə yaşanacaq

NASA-nın “OSIRIS-REx” kapsulası bazar günü Yer atmosferinə tüfəng gülləsindən 15 dəfə çox sürətlə daxil olacaq. Planetlərarası kosmik stansiya asteroiddən götürülmüş nümunələrin ən böyük partiyasını Yerə çatdıracaq. Bununla, alimlərin fikrincə, hələ Günəş sisteminin yarandığı dövrdə formalaşmış kosmos səyahətçisi Bennuya yeddiillik missiya başa çatacaq.

 

Bildirilir ki, “OSIRIS-REx” atmosferə daxil olanda səmada “alov topuna” çevriləcək, lakin istilik qalxanı və paraşütlər enişi yavaşladacaq və onu Yutanın Qərb səhrasına endirəcək.

 

Tədqiqatçıların sözlərinə görə, Bennudan 250 qramlıq nümunələr sayəsində planetimizdən əvvəl mövcud olan materialı, bəlkə də Günəş sistemindən əvvəl var olan bəzi dənəciklərə baxılacaq.

 

Alimlər bildiriblər ki, onlar Yer kürəsinin necə əmələ gəldiyi və niyə yaşamaq üçün əlverişli planetə çevrildiyi, okeanların suyunu haradan aldığı, atmosferdəki havanın haradan gəldiyi və s. bu kimi suallara cavab axtarırlar.

 

Qeyd edək ki, Yerətrafı Bennu asteroidi planetimiz üçün ən təhlükəli səma cismi hesab olunur. 500 metr diametrə malik steroidin 2182-ci ilin sentyabr ayında Yerlə toqquşacağı ehtimal edilir. Palermo şkalasına görə, bu, ən yüksək astronomik təhlükə hesab olunur. Asteroidin təxminən 700 min kvadrat kilometr ərazini məhv edə biləcəyi qeyd olunur. Bundan başqa, tədqiqatçılar təsir enerjisinin təxminən 1200 meqaton olacağını təxmin edirlər. Müqayisə üçün qeyd edək ki, Sovet Çar Bombasının zərbə enerjisi cəmi 58,6 meqaton olaraq qiymətləndirilirdi.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM