“Xankəndi terror yuvasından təmizlənməlidir"

17:27 19-09-2023 | icon 404 | Geopolitika
“Xankəndi terror yuvasından təmizlənməlidir"

 

 

 “Xankəndi terror yuvasından təmizlənməlidir. Faşizmi təmizləmək, ölkəyə demokratik islahatlar gətirmək lazımdır”.

 

Bunu Versus.az-a hüquqşünas, siyasi ekspert Əli Mustafa 27 sentyabr tarixi ərəfəsində ermənilərin Xocavənddə törətdiyi terror nəticəsində Azərbaycanın 9 şəhid verməsi və bundan sonra antiterror əməliyyatlarına başlaması ilə bağlı bildirib.

 

 

Ekspert qeyd edib ki, sentyabr ayı dağlarda döyüşlərin aparılması üçün iqlimin ən münasib vaxtıdır.

 

 “Bu gün antiterror əməliyyatının aparılması zəruridir. Çünki Qarabağ terror yuvasına çevrilib. Biz Qarabağda erməni faşizmini təmizləməli, daxili qanaxmanın Azərbaycanda ciddi fəsadlar törətməsinə imkan verməməliyik. Yalnız bundan sonra ölkə daxilində ciddi demokratik islahaların aparılmasına imkan yaranacaq. Qarabağ problemi qaldıqca biz ölkənin içərisində normal düzənimizi qura bilmir, əhalinin zəngin bir dövlətdə, zəngin yaşmaq istəklərini həyata keçirdə bilmirik. Ordumuzun qalibiyyəti tam, bütöv olmalıdır”.

 

 

Ə.Mustafa eyni zamanda 3 il geriyə, 2020-ci il 27 sentyabr əks-hücum əməliyyatına diqqət çəkərək onun beynəlxalq müstəvidəki əhəmiyyətinə diqqət çəkib.

 

“Qarabağın azad olunması üçün aprdığımız əməliyyatlar regionda geopolitik vəziyyəti dəyişdi. Bizimlə daim hədə-qorxu dilində danışan Ermənistan artıq bu mövqeyini itirdi və Rusiya ilə İran bu prosesdə önə çıxmalı oldu. Regionda maraqları olan bu dövlətlərin qarşısına Türkiyənin çıxması, eləcə də İsrailin, Pakistanın dəstəyi bölgədə fərqli bir situasiya yaratdı. Azərbaycan əhəmiyyətli qələbə çalmaqla beynəlxalq aləmdə mövqeyini dəyişdi. Ölkənin beynəlxalq nüfuzu artdı və bizimlə hədə-qorxu dilində danışanlar bir qədər ritorikalarını dəyişdilər.  Digər bir tərəfdən regionda Azərbaycana qarşı gizli oynayan dövlətlər “kartlarını” açdılar. Bu, İranın burdakı şəbəkəsinin hədəflənməsini şərtləndirdi”.

 

Ə.Mustafa bu gün Azərbaycan diplomatiyasının, eləcə də Ordunun qorxmadan irəliləməsinin əsas bazasında 27 sentyabrda başlanan 44 gündə zəfərlə nəticələnən Vətən Müharibəsinin önəmli, mühüm rol oynadığını vurğulayıb.

 

Tahirə Qafarlı

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR