27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

10:51 23-09-2023 | icon 298 | Siyasət
27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

Qabil Hüseynli: "...Çünki Azərbaycan torpaqları 30 il idir ki, işğal altında idi"

 

2020-ci il 27 sentyabr tarixində işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusu noyabrın 8-də Şuşa şəhərini azad edərək düşməni kapitulyasiyaya imza atmağa məcbur etdi. Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sazişə əsasən Azərbaycan ərazilərində olan erməni hərbi birləşmləri ərazilərimizi tərk etməli və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini, sərhəd bütövlüyünü tanıyan sülh müqaviləsinə imza atmalı idi.

 

44 gün ərzində ərazilərimizin böyük bir hissəsinin işğaldan təmizlənməsi ilə bitən 27 sentyabr Vətən Müharibəsi böyük bir qalibiyyət tarixini yazmaqla, növbəti proseslərin Azərbaycanın xeyrinə həll olunmasında əsas yol xəritəsinı cızdı.

 

27 sentyabr 44 günlük Vətən Müharibəsindən keçən 3 il ərzində bu hadisənin ictimai, siyasi, hərbi, beynəlxalq əhəmiyyəti müxtəlif aspektlərdə araşdırılmaqda davam edir.

 

“Azərbaycan Ordusu ayağa qalxdı və yağı düşmənləri ərazilərimizdən vurub çıxartdı”

 

Politoloq Qabil Hüseynli Versus.az-a bildirib ki, Vətən müharibəsinin başlanmasında geosiyasi, geostrateji, hərbi-siyasi və zaman məsələsi diqqətlə nəzərə alınmış və münasib vaxt kimi 27 sentyabr seçilmişdir. Eyni zamanda iqlim şərtləri, həmçinin əhalinin özünün ruh yüksəkliyinin  həmin vaxtlarda yüksək olduğunu Azərbaycan cəmiyətində möhkəm milli siyasi həmrəyliyin yarandığını nəzərə alaraq bu gün seçildi. Öyrənildi ki, bu günün seçilməsi qələbəyə aparacaq və apardı da...

 

Q.Hüseynli obyektiv, başa düşən dünyanın Azərbaycanın haqq davasını normal qarşıladığını qeyde dib:

 

“Çünki Azərbaycan torpaqları 30 il idi ki, işğal altında idi. 30 mindən çox insanımız həlak olmuşdu, 1 milyondan çox insanımız məcburi etnik köçə məcbur edilmişdi, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban, Ağanis -Ayrımda  qanlı soyqırımlar törədilmişdi. Yağı düşmən ərazilərimizin böyük bir hissəsini rusun yaxından köməkliyi ilə istila etmişdi. Dünya bu problemi həll etmək üçün “ATƏT-in Minsk Qrupu” deyilən qondarma qurum yaratmışdı. Onlar da bölgəyə turist səfərlərindən başqa heç nə etmirdi: yeyib içib, şellənirdilər. Cəsarətləri çatıb ərazilərimizin 20 faizini işğal etmiş dövlətlərə təcavüzkar dövlət belə deyə bilmirdilər. Xiristian təəssübkeşliyi, xiristian missionerliyi özünü açıq surətdə biruzə verirdi.  Bu insanlar müsəlamn türk dünyasıba qarşı amansız idi. Onlar vaxtı uzadır və bundan da Ermənistanın istifadə etməsinə şərait yaradıtdılar.  Nəhayət, Azərbaycan Ordusu ayağa qalxdı, və yağı düşmənləri böyük cəsarətlə ərazilərimizdən vurub çıxartdı”.

 

Q.Hüseynli 27 sentyabrda başlanan müharibə Azərbaycan vətəndaşlarına, xüsusilə də məcburi köçkünlük həyatı yaşayan insanların öz torpaqlarına qayıtmaq şansını yaratdı:

 

“Bu, Azərbaycan insanına böyük ruh yüksəkliyi aşıladı. Azərbaycan insanına son 200 ildə yağı düşmən üzərində ilk qələbəni qazanmaq imkanını verdi. Azərbaycan insanına aşıladı ki, -Ey türk kəndinə qayıt, sən kəndinə qayıdanda güclü olursan!” Və Azərbaycan insanının nə qədr güclü olduğunu və hər cür çətinliklərə qarşı mübarizədə ona imam aşıladı. İndi Azərbaycan cəmiyyəti müharibənin yaratdığı ruh yüksəkliyi altındadır, öz torpaqlarını qorumaq üçün əzimlə dayanıb və onu yağıdan qoruyacaq”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 fevraldan sonra nələr baş verəcək?

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq