“Türkün çörəyini yeməkdənsə ölərik” -deyən erməni və ...
Qarabağdakı erməni separatçıları nəhayət, Azərbaycanın şərtlərinə tabe olaraq Laçın və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıb. “Türkün çörəyini yeməkdənsə ölərik” -deyən erməni sakinlər beləliklə tibbi, ərzaq yardım alacaq. Bəs yolların açılması prosesi Azərbaycanın suverenliyinin bərpası, özünün hədəflərinə çatması üçün hansı əhəmiyyət daşıyır?
Bu istiqamətdə Versus.az- a açıqlama verən siyasi şərhçi Aydın Quliyev hesab edir ki, Xankəndinə doğru yolların açılması ermənilərin tərs siyasətlərindən əl çəkməsi kimi qəbul olunur. Onun fikrincə, bu, eyni zamanda Vətən Müharibəsindən sonra Azərbaycanın Ermənistan üzərində diplomatik siyasi qələbəsinin daha bir təzahürü kimi də nəzərədən keçirilə bilər.
“Azərbaycan yolların eyni vaxtda açılması ilə bağlı məsələni artıq beynəlxalq gündəmə daşımışdı. Əvvəl beynəlxalq miqyasda məsələyə maraq hiss olunmurdu. Beynəlxalq oyunçular məsələyə daha çox Ermənistanın, erməni separatçıların gözü ilə baxırdırlar. Lakin Azərbaycanın diplomatik səyləri, mövqeyinin ölkənin suveren huquqlarına, beynəlxalq hüquq normalarına söykənməsi, sonda bu müqavimətin qırılmasına gətirib çıxardıb. Məsələyə həm Ermənisanın, həm də separatçı xuntanın maraqları müstəvisində yanaşan beynəlxalq oyunçuların müqaviməti qırıldı. Qarabağda separatçı rejimin təsiri altında olan erməni sakinlər və Ermənistan hökuməti Xankəndiyə ərzaq yardımının çatdırılması məsələsində Azərbaycanın təzyiqləri qarşısında davam gətirə bilmədi. Hər kəs gördü ki, Azərbaycan Xankəndi ermənilərinin, onların havadarlarının hay-küyünün əksinə olaraq, nə öz sakinlərini blokada içərisində məhv etmək məqsədi güdür, nə də ermənilər üçün orda humanitar böhran yaratmaq niyyətində deyil. Hamı gördü ki, Azərbaycan özünün suveren hüquqalrını qorumq siyasətini müdafiə edir”.
A.Quliyev qeyd edib ki, Azərbaycan öz ərazisində Laçın yolunu nəzarətinə götürəndən sonra orada gömrük nəzarət məntəqəsini qurmalı idi. Onun fikrincə, dünya buna da hazır olmalıdır: Azərbaycan Laçın yolunda artıq pasport rejimi tətbiq edəcək. Əgər errmənilər pasport rejimi qaydalarına uyğunlaşmasalar onların bu yolda hərəkəti növbəti dəfə çətənləşdirilə bilər.
Ekspert bu prosesdə Rusiyanın müdaxiləsinin öz təsirini göstərdiyini bildirib.
“Rusiya ilə Qərb arasında geosiyasi rəqabətin bir qanadı Laçın yolunun başında cəmləşib. İyul ayının 26-dan başlayaraq Laçın yolunun Ermənistan tərəfdən giriş hissəsində 30-dan çox fransız yük karvanının toplanması təbii ki, Rusiayanın xoşuna gəlmirdi. Rusiya Qərbdən qabaq Qarabağ ermənilərinə ərzaq yardımın çatdırılması məsləsində təşəbbüskarlığını aktivləşdirdi və Ağdam yolu ilə Xankəndiyə yüklərin çatdırılmasına nail oldu. Bunun hansı çərçivədə edilməyindən asılı olmayaraq Rusiyanın təsiri Ağdam -Xankəndi yolunun işlək vəziyyətə çevrilə biləcəyini nümayş etdirdi”.
A.Quliyev bütün hallarda hesab edir ki, Azərbaycanın diplomatik siyasi səyləri nəticə verdi və ermənilərin müqaviməti qırıldı. O, hesab edir ki, bu yolların açılmasını Xankəndi və onun ətrafında Azərbaycanın suveren nəzarət imkanlarının getdikcə gücləndirilməsi üçün yaranan yeni imkandır. Eləcə də, bu amil Xankəndidəki xunta rejimin daha ciddi nəzarətə götürüləcəyindən xəbər verir.
Ləman
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...