Payız depressiyası ilə mübarizədə faydalıdır

14:00 25-09-2023 | icon 353 | Sağlamlıq
Payız depressiyası ilə mübarizədə faydalıdır

Payızda vitamin çatışmazlığı və orqanizmdə kimyəvi birləşmələrin balanssızlığı dövründə depressiyanın inkişafının qarşısını almaq üçün ekspertlər daha çox şokolad, banan və yağlı balıq yeməyi məsləhət görürlər.

 

Yuxululuq, enerji çatışmazlığı, ümidsizlik hissləri, pis əhvali-ruhiyyə və konsentrasiyanın zəifləməsi payız dövrünə xas olan depressiyanın əsas əlamətləridir. Simptomları azaltmaq üçün mütəxəssislər tərkibində yüksək miqdarda B6 vitamini olan banan yeməyi tövsiyə edirlər. Bu element sinir sistemini gücləndirməyə və narahatlığı azaltmağa kömək edir.

 

Payız aylarında qəbul edilməli qidalara, həmçinin dəniz məhsulları, eləcə də faydalı yağlarla zəngin olan balıq növləri aiddir. Mütəxəssislər xüsusilə qırmızı balıqları tövsiyə edirlər - məsələn, qızılbalıq. Ekspertlərin fikrincə, bu qidaların tərkibində olan doymuş yağlar narahatlığın qarşısını effektiv şəkildə almağa kömək edir.

 

Nəhayət, Braziliya qozlarında bol olan E vitamini və şokoladda olan faydalı amin turşuları bədəndə kifayət qədər konsentrasiyada olduqda, payız melanxoliyasının təsirini zəiflədə bilər. Mütəxəssislər, həmçinin depressiv epizodların öhdəsindən gəlmək üçün yeməklərinizə bibər əlavə etməyi məsləhət görürlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR